Narkomaniyaya qarşı birgə mübarizə aparaq - - Seminar +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

“Narkomaniyaya qarşı birgə mübarizə aparaq” - Seminar +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

“Narkomaniyaya qarşı birgə mübarizə aparaq” mövzusunda seminar-treninq keçirilmişdi


Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün “Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün İş Planına uyğun olaraq Ağcabədi rayon İcra Hakimiyyəti ilə birlikdə 27 aprel 2018-ci il tarixdə Ağcabədi Pedaqoji Kollecində “Narkomaniyaya qarşı birgə mübarizə aparaq” mövzusunda seminar-treninq keçirilmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili qrupunun baş inspektoru Taleh Abbasov, Ağcabədi Pedaqoji Kollecinin direktoru, respublikanın əməkdar müəllimi Mirələm İbrahimov, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini, respublikanın əməkdar məşqçisi Eldəniz Qəmbərov, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Ağcabədi rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nicat Axundov, Ağcabədi Pedaqoji Kollecinin müəllim və tələbə heyətindən ibarət 120 nəfər iştirak etmişdir. Tədbirin əvvəlində hər bir iştirakçıya Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” jurnalının, “Narkomaniyaya yox deyək” və “Ağ ölümdən gənclərimizi qoruyaq” adlı kitabçalar paylanılmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !