Cibgirlər iş başında yaxalanmışdır... -

Cibgirlər iş başında yaxalanmışdır...

Metroda cibgirlik edən keçmiş məhkum tutulub

 

İctimai nəqliyyatda cibgirlik edən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Metropolitenində polis şöbəsinə müraciət edən paytaxt sakini G.Bədəlova “Gənclik” stansiyasının platformasında çantasından mobil telefonunun oğurlandığını bildirib.

 

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum edilmiş Vüqar Əliyev olduğu müəyyənləşdirilib. Onun, həmçinin aprelin 22-də metronun “İçərişəhər” stansiyasının platformasında Ağdam rayon sakini İ.Məhəmmədlinin cibindən də mobil telefon oğurladığı müəyyən edilib.

 

Mobil telefonlar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

 

Faktla bağlı araşdırma aparılır. 

 

                                                                                ***

 

İctimai nəqliyyatda cibgirlik edən şəxs tutulub

 

İctimai nəqliyyatda cibgirlik edən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 25-də paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini T.Ağasıyeva bir gün əvvəl marşrut avtobusunda içərisində 180 manatı olan pulqabısının oğurlandığını bildirib.

 

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və bu cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıb.

 

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Ramiyar olduğu müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !