7 yaşlı şagirdin təcavüzə uğraması haqqında - - QALMAQAL (+FOTOLAR-VİDEO)

7 yaşlı şagirdin təcavüzə uğraması haqqında - QALMAQAL (+FOTOLAR-VİDEO)

Şagirdin zorlandığı iddia edilən məktəbin direktoru danışdı

 

“Yayılan məlumat tamamilə yanlışdır”

 

Xəbər verdiyimiz kimi, iddialara görə, Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib. Həmin orta məktəbin valideynləri bildiriblər ki, azyaşlını 10-cu sinif şagirdinin cinsi təcavüzünə məruz qalıb. Hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlan şagirdi ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Hadisə azyaşlının sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. Bununla bağlı valideynlərin məktəb önündə aksiya keçirdiyi iddia olunurdu.

 

Minval.İnfo-ya məsələ ilə bağlı açıqlama verən 263 nömrəli tam orta məktəbin direktoru Nurqələm Bayramova deyib ki, yayılan məlumat tamamilə yanlışdır:

 

“Uşağını məktəbə gətirən və ya məktəbdən uşaq götürən valideynlər bu yanlış məlumatı eşidib maraqlanıblar. Məktəb rəhbərliyi də onlara məlumatın doğru olmadığını bildirib. Məktəb qarşısında heç bir aksiya keçirilməyib” 

 

                                                                                 ***

 

7 yaşlı şagirdin təcavüzə uğradığı deyilən məktəbdən reportaj

 

Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verdiyi haqqında xəbərlər yayılıb. Məsələ ilə bağlı məktəbin həyətinə yığışan valideynlər aksiya keçiriblər.

 

Övladı birinci sinif şagirdi ilə eyni sinifdə oxuyan valideyn minval.info saytının əməkdaşına danışıb: “Biz öz uşaqlarımıza görə narahatıq, uşağın valideyni ifadə zamanı oğluna yuxarı sinif şagirdinin təcavüz etdiyini yox, sataşdığını deyib”.

 

Uşaq da yuxarı sinif şagirdinin üzünü görməyib, kim olduğunu bilmir. Məktəb direktoru isə məsələni şişirtdiyi üçün valideynləri günahlandırır. Hadisə günü məktəbin psixoloqu onlara getməli, valideyn və oğlu ilə danışıb məsələyə öz mövqeyini bildirməli idi. Çünki səhv başa düşülmə də ola bilər.

 

Məktəbin müəlliməsi Məmmədova Hüsniyyə də belə bir hadisənin olmadığını deyib: Belə bir hadisə baş verməyib, çünki məktəbdə yuxarı siniflər üçün ayaqyolu ikinci mərtəbədə, ibtidai siniflər üçün də birinci mərtəbədə yerləşir”

 

Adını vermək istəməyən ibtidai sinif müəlliməsi: Sadəcə 7-ci sinif şagirdi 1-ci sinif şagirdini itələyib keçib. Məktəbin psixoloqu və nazirliyin nümayəndələri də uşaq ilə danışıb, belə bir hadisə olmayıb. Heç bir aksiya da keçirilməyib, sadəcə dərsdən sonra uşaqlarını evə aparmağa gələn valideynlər olub.

 

Fərid Özay

Minval.İnfo

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !