Aprel döyüşləri-ruhumuzun qələbəsi - - Tədbir + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

“Aprel döyüşləri-ruhumuzun qələbəsi” - Tədbir + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

AZpress.AZ xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə (ŞTŞ) birgə təşkilatçılığı ilə şəhərin 8 saylı tam orta məktəbində “Aprel döyüşləri-ruhumuzun qələbəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdən öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, eləcə də aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan şəhər 8 saylı tam orta məktəbin direktoru İlqar Paşayev çıxışında gənclərin milli-mənəvi dəyərlərə, vətənpərvərlik keyfiyyətlərinə, elm və təhsilə yiyələnmələrinin vacibliyini vurğulayaraq, bu baxımdan keçirilən tədbirin şagirdlərin dünyagörüşünün formalaşmasında, vətəndaşlıq tərbiyəsində mühüm rolu oynadığını bildirib.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü göstərən şanlı tarixi qələbə olduğunu, bu qələbənin Azərbaycan ordusunun düşmən üzərində qazanılacaq böyük zəfərinin başlanğıcı kimi əhəmiyyətini diqqətə çatdırıb. Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında məlumat verən E.Həmidli bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizmdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.
Lənkəran ŞTŞ-nin əməkdaşı Ramin Hüccətov çıxışında aprel döyüşlərinin Azərbaycanın qəhrəmanlıq tarixinin ayrılmaz tərkib hissəsini təşkil etdiyini qeyd edib. R.Hüccətov gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai dünyagörüşlərinin formalaşması, dini radikalizm kimi mənfi meyllərdən uzaq olmalarında bu kimi tədbirlərin zəruri əhəmiyyət daşıdığını bildirib.
Sonda DQİDK-nin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Ağaddin BABAYEV, Lənkəran

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !