Qara Qarayevin xatirəsinə həsr olunmuş musiqi gecəsi keçirilib - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Qara Qarayevin xatirəsinə həsr olunmuş musiqi gecəsi keçirilib + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran Dövlət Universitetində (LDU) görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş musiqi gecəsi keçirlib. Lənkəran Dövlət Humanitar Kolleci ilə birgə keçirilən tədbiri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli bəstəkar haqqında söylədiyi ”Zəmanəmizin görkəmli sənətkarının fəlsəfi məna və umumbəşəri duyğuların zənginliyi ilə səciyyələnən böyük irsi müəllifinə şöhrət gətirməklə yanaşı, Azərbaycan professional musiqisinin beynəlxalq aləmdə tanınmasında xüsusi əhəmiyyət kəsb edib” sözlərini xatırladan N. İbrahimov dünya şöhrətli bəstəkarın zəngin və təkrarsız irsi barədə ətraflı söz açmaqla, Qara Qarayev musiqisinin heç vaxt dəyərdən düşmədiyini , bütün dünyada klassik musiqi həvəskarlarını valeh etdiyini bildirib. Lənkəran Humanitar Kollecinin direktoru, dosent Ruslan Həmidov, kollecin incəsənət və musiqi bölməsinin müdiri Fikrət Kərimov da çıxışlarında dahi bəstəkarın yaradıcılığının təkrarsız gözəlliyindən, zəngin irsindən, fəal vətəndaş mövqeyindən bəhs ediblər. Tədbirdə bəstəkarın həyat yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra söz canlı musiqiyə verilib. Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələrinin ifasında Qara Qarayevin “İldırımlı yollarla”, Yeddi gözəl” baletlərindən fraqmentlər, musiqi əsərlərindən parçalar və mahnılar ifa olunub.
Musiqi gecəsi birləşmiş xorun ifasında vətənpərvərlik mövzusunda mahnı ilə sona çatıb.


Ağaddin BABAYEV, Lənkəran

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !