Milli-mənəvi dəyərlərimizin təbliği ..." mövzusunda tədbir keçirilib - + FOTOLAR (AZpress.Az-Ağaddin Babayev, Lerik)

“Milli-mənəvi dəyərlərimizin təbliği ..." mövzusunda tədbir keçirilib + FOTOLAR (AZpress.Az-Ağaddin Babayev, Lerik)

Lerikdə “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib + FOTOLAR (AZpress.Az-Ağaddin Babayev, Lerik)

 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayonunun Milli Qəhrəman Fəxrəddin Şahbazov adına Kəlvəz kənd tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Kəlvəz kənd tam orta məktəbin direktoru Nizami Quliyev çıxışında xalqımızın zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu, bu dəyərlərin gənclər arasında təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyəti olduğunu vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında Azərbaycanda tolerant və multikultural ənənələrin, dinlərarası və məzhəblərarası həmrəylik və vəhdətin hökm sürdüyünü qeyd edib. Dini radikalizm və onun fəsadları haqqında tədbir iştirakçılarına məlumat verən A.Həsənov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini radikalizmə qarşı mübarizə məqsədilə, həmçinin milli-mənəvi dəyərlərin təbliği istiqamətində çoxsaylı maarifləndirmə tədbirlərinin həyata keçirildiyini bildirib.
Kəlvəz kənd məscidinin mütəvəllisi Habil Quliyev və digərləri çıxışlarında milli-mənəvi və dini dəyərlərin qorunduğu, tolerant və multikultural mühitin mövcud olduğu ölkəmizdə dini radikalizmə yer olmadığını bildiriblər.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub, həmçinin tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Ağaddin Babayev, Lerik

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !