LƏNKƏRANDA BİRİNCİ RÜBÜN YEKUNLARI MÜZAKİRƏ OLUNUB - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

LƏNKƏRANDA BİRİNCİ RÜBÜN YEKUNLARI MÜZAKİRƏ OLUNUB + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

AZpress.AZ xəbər verir ki, Aprelin 17-də Heydər Əliyev Mərkəzində 2018-ci ilin birinci rübü ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrlə bağlı geniş Şura iclası keçirilib.
Şuranı giriş sözü ilə açanLənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov 11 aprel 2018-ci il tarixli prezident seçkilərinin Lənkəranda da yüksək seçici fəallığı ilə keçdiyini diqqətə çatdıraraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevi lənkəranlılar adından təbrik edib. Sonra İcra başçısı cari ilin birinci rübündə respublikanın bütün bölgələri kimi, Lənkəranın da sosial-iqtisadi inkişafının sürətlə davam etdiyini qeyd edərək bidirib ki, birinci rübdə rayonda ümumi məhsul buraxılışı 67,7 milyon manat, o cümlədən sənayedə 8,7 milyon, kənd təsərrüfatında 12,4 milyon manat təşkil etmişdir. Bu da ötən ilin müvafiq dövrünə nisbətən sənaye 3,2 faiz, kənd təsərrüfatı 1,7 faiz çox olmuşdur.
Rayonda abadlıq və quruculuq işləri daha da sürətlənmiş, 9 çoxmənzilli yaşayış binasının qəzalı vəziyyətdə olan dam örtükləri, küçə və xiyabanlarda, magistral yolların kənarında hasar və bardürlar təmir olunub. Əşlə kəndində yeni avtomobil körpusu tikilib, Miri Cavadzadə küçəsində qəzalı vəziyyətdə olan körpü daxili imkanlar hesabına təmir olunub, Siyavar kəndində 96 şagird yerlik yeni modul tipli məktəb istifadəyə verilib. Hazırda şəhərin 9 küçəsində asfaltlanma işləri aparılır, Olimpiya İdman Kompleksinin və “Lənkəran İstisu və Sağlamlıq Mərkəzi”nin tikintisi sürətlə davam etdirilir.
Cənab Prezidentin müvafiq sərəncamına əsasən yaxın günlərdə yeni xalça fabrikinin, 4 ucqar dağ kəndində yeni modul tipli məktəbin quraşdırılmasına və Gəgiran kəndində 264 şagird yerlik yeni məktəbin tikintisinə başlanacaqdır.
Rüb ərzində rayonda 790-nı daimi olmaqla 925 yeni iş yeri açılıb.
Ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar cari ildə ilk dəfə olaraq rayonda barama istehsalına başlanacağını bildirən T.Qaraşov bununla əlaqədar son hazırlıq işlərinin görüldüyünü və bu məqsədlə Çin texnologiyası üzrə müasir kumxananın tikildiyini xüsusi qeyd edib.
Sonra ŞİH başçısının birinci müavini Möhübbət Babayev 2018-ci ilin birinci rübündə Lənkəran rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib.
Məruzə ətrafında çıxışlardan sonra İcra başçısı T.Qaraşov yekun sözü söyləyərək rayonda abadlıq, quruculuq işlərinin davam etdirilməsi, sosial infrastrukturun yenilənməsi, kənd təsərrüfatının, xüsusilə çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyinin və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrasından ötrü aidiyyəti qurumların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

 

Ağaddin BABAYEV, Lənkəran

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !