Astara məktəbliləri narkomaniyaya Yox! dedilər - +FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

Astara məktəbliləri narkomaniyaya “Yox!” dedilər +FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon Təhsil Şöbəsi və Astara Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbində “Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbin direktoru Xədicə Əliyeva çıxışında gənc nəslin formalaşmasında məktəbdə bu səpkidə keçirilən maarifləndirmə tədbirlərinin zəruriliyini vurğulayıb. X.Əliyeva gənclərin bizim gələcəyimiz olduğunu və sağlam cəmiyyətin sağlam gənclərlə yetişdiyini bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında zərərli vərdişlərə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin, elm və təhsilə yiyələnməsinin əhəmiyyətindən danışıb. T.Həsənzadə həmçinin dini radikalizm və onun fəsadları haqqında tədbir iştirakçılarına məlumat verib.
Astara Rayon Poliş Şöbəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru polis baş leytnantı Amal Rzayev narkotik maddələrdən və onların yaratdığı dəhşətli fəsadlardan geniş bəhs edərək, gəncləri narkomaniyadan və digər zərərli vərdişlərdən uzaq olmağa çağırıb.
Sonda narkomaniyanın fəsadlarından bəhs edən slayd təqdim olunub.

 

Ağaddin BABAYEV, Astara

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !