Adamlara nifrət edən insan Allahı sevə bilməz - - Rasim İsmayılov

Adamlara nifrət edən insan Allahı sevə bilməz - Rasim İsmayılov

Bu səhər metro ilə gəlirdim. "Neftçilər" stansiyasında vaqona minən göy örpəkli cavan bir qıza "qızım gəl otur" deyərək yer verdim. Qız gəldi və birdən dayandı. Mənim solumda əyləşmiş yaşlı və xəstəhal kişiyə tərs-tərs baxıb oturmadı. Sağımda oturmuş müasir, həm də abırlı geyinmiş, elə onu yaşda qız vəziyyəti anladı və ağsaqqal tərəfə keçdi. Bu xanlm əfəndi də rahat əyləşdi. Nə mənə bir quru sağ ol dedi, nə də həmin qıza. Gözündə bütün müasir adamlara bir nifrət gördüm. Və maraqlı bir mənzərə açıldı qarşımda. Telefonunu çıxarıb mesaj göndərdi və nifrətli baxışlarını yerə dikdi. Ona yer verən qız isə öz işində idi. "Kserokopiya" olunmuş kağızlardan nəsə oxuyurdu. Başlığına baxdım "Xloridlər" bölümündə idi. Yəqin ya tibb oxuyur ya da kimya fakültəsində. Birdə telefonuna mesaj gəldi. Ömrümdə birinci dəfə tərbiyəsizlik edib gözümü ekrana dikdim. Arzuladım ki, bu uşaq ümidimi puç eləməsin. Oxudum və sevindim. Mesajda nəsə səhifə soruşulurdu. 15 yazıb göndərdi və yenə oxumağa başladı. O biri qıza baxdım. Daş heykəl yenə yerdə nəsə axtarırdı. Xeyli fikirləşdim ki, görəsən ona qızım deyə yer verən atası yaşında kişiyə və onun inancına hörmət eləyən həmyaşıdına niyə təşəkkür hissi yoxdur?! Təşəkkür bir yana bizə niyə nifrətlə baxırdı? Ehtiramın qarşılığı budurmu? Cavan bir uşaq tanımadığı, hətta ona ehtiram göstərənlərə nifrət edirsə Allahı sevə bilərmi? Məncə yox. İçində hətta tanımadığı adamlara nifrət edən insan Allahı sevə bilməz. Qətiyyən sevə bilməz. Nüfuzuna, əxlaqına, vətənsevərliyinə, biliyinə inandığım dostlarıma üz tuturam. Seyid Camal Əzimbəyli İnam, Hacı Surxay Məmmədli, Hacı Şahin Həsənli, Ağa Hacıbəyli. Siz bu cameənin nüfuzlu adamlarısınız. Çiyninizdə böyük və şərəfli bir yük var. Bu uşaqların içindən o nifrəti sökün! Yoxsa iki əlim bir yaxanızdadı. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !