LDU-da soyqırım qurbanlarının xatirəsi silsilə tədbirlərlə yad edilib - + FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev)

LDU-da soyqırım qurbanlarının xatirəsi silsilə tədbirlərlə yad edilib + FOTOLAR (AZpress.AZ, Ağaddin Babayev)

AZpress.AZ xəbər verir ki, 31 mart Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi Lənkəran Dövlət Universitetində (LDU) ehtiramla anılıb. Universitetin professor-müəllim-tələbə heyəti bu gün səhər saatlarında Lənkəran şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksin önünə gələrək qətliam qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Mərasim iştirakçıları tərəfindən kompleksin önünə təzə-tər qərənfillər düzülüb. Anım mərasiminə qatılanlar o dəhşətli faciənin yaddaşlardan heş vaxt silinməyəcəyini, daim xatırlanmasının vacib olduğunu bildiriblər.
Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar LDU-da həmçinin elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sukutla yad olunub. Bir əsr öncə baş verənləri Azərbaycan tarixinin qanlı səhifəsi kimi dəyərləndirən universitet rəsmisi ümummilli lider Heydər Əliyevin faciə ilə bağlı dediklərini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb:”1918-ci ildə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınlar öz qəddarlığına və amansızlığına görə misli görünməmiş genosid aktı kimi tarixdə qalacaqdır”.
Konfransda tarix elmləri namizədləri Kamal Mahmudov, Əliağa Baxşıyev və Rakif İbadov, tarix üzrə fəlsəfə doktoru Mais Cəfərov, tarix və onun tədrisi metodikası kafedrasının doktorantı Ülkər Hüseynova mövzu ilə bağlı məruzə ediblər. Məruzələrdə faciənin baş verdiyi tarixi şərait, erməni daşnaklarının əsrlər boyu yeritdikləri fitnəkar siyasət, onun amansız nəticələri ətraflı təhlil olunub, belə dəhşətlərin bir daha təkrarlanmaması üçün əməli nəticələr çıxarmağın vacibliyi qeyd edilib.
Konfransda faciənin dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, erməni daşnakları 1918-ci ilin 30 mart-3 aprel aralığında Lənkəranda 40 kənddə 2 mindən artıq günahsiz sakinə qanlı divan tutaraq vəhşicəsinə qətlə yetiriblər.


Ağaddin BABAYEV, Lənkəran

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !