Elnarə Müşərrəf Akayın qonağı olub - (+FOTOLAR)

Elnarə Müşərrəf Akayın qonağı olub (+FOTOLAR)

Faiq Ağayevdən sonra Elnarə Xəlilova
Elnarə Müşərrəf Akayın qonağı olub

 

AZpress.AZ xəbər verir ki, Müğənni Elnarə Xəlilova keçən həftə İstanbula səfər edib. O, burada Türk sənət musiqisinin ulduzu Müşərrəf Akayın TRT Müzik kanalında yayımlanan “Əziz dostlar” proqramının qonağı olub. Müşərrəf Akayla eyni səhnəni bölüşən Elnarə təəssüratılarını bölüşüb: “ Keçən günlərin birində həftələrin birində dostum Faiq Ağayev mənə zəng vurub Müşərrəf Akayın proqramı barədə danışdı və növbəti buraxılışda məni də qonaq görmək istədiklərini dedi. Sözsüz ki, mən də böyük məmnuniyyətlə razılıq verdim. Proqram konsert kimi keçdi. Sonra Müşərrəf xanım bizi yeməyə dəvət etdi. Bu proqram barədə söhbət etdik. “Əziz dostlar” Müşərrəf xanımın layihəsidir və beş ildir bu proqram barədə düşünürmüş. Proqrama yalnız azərbaycanın tanınmış sənətçiləri dəvət edilir. Bu da təsadüfi deyil. Bilirsiniz ki, Müşərrəf xanımı Azərbaycanla başqa tellər bağlayır. Özü də Azərbaycan dilində çox gözəl, şirin danışır. Bu proqram şəxsən Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın razılığı ilə ərsəyə gəlib. Bu proqrama xüsusi diqqəti və qayğısı var, hər bir buraxılışı ilə maraqlanır. Çox gözəl təəssüratlarla döndüm”.
Proqram həmçinin Türkiyə mətbuatının da xüsusi diqqətindədir.
Proqramda Elnarə vətənpərvər repertuarla çıxış edib. Fikrət Əmirovun “Mən səni araram” mahnısı ilə proqrama giriş edən müğənni “Aman”, “Vətən oğlu”, “Vətən sağ olsun” mahnıları ilə davam etdirib. “Unutama beni” və “Sil baştan” kimi türk mahnılarını da ifa edən Elnarə Müşərrəf Akayın reperuarında ən məşhur mahnılardan biri olan “Ağlama sevdam”ı “Olmaz, olmaz” mahnısını duat ifa edib: “Mahnılar canlı ifa edilirdi. Türkiyənin tanınmış kaman ustası İlyas Tetiyin rəhbərlik etdiyi Müşərrəf xanımın orkestri bizi müşayət edirdi. Adətən belə canlı çıxışlar üçün bir neçə gün məşq edilir. Biz orkestrlə cəmi bir neçə saat məşq etdik. Belə peşəkar orkestrlə çıxış etmək çox xoş oldu”.
“Əziz dostlar” proqramını gələn həftədən etibarən hər həftənin cüma axşamı TRT Müzik kanalında izləyə bilərsiniz. Qeyd edək ki, proqramın ilk qonağı xalq artisti Faiq Ağayev olub.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !