Qadın özünü körpüdən atdı - (YENİLƏNDİ) (+ ViDEO-FOTO )

Qadın özünü körpüdən atdı (YENİLƏNDİ) (+ ViDEO-FOTO )

Bakıda özünü körpüdən atan qızın kimliyi bəlli oldu: “25 yaşı varmış”

 

Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Sabunçu rayonunda, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüdə intihar hadisəsi baş verib.

 

Minval.İnfo Lent.az-a istinadən xəbər verir ki, intihar edən şəxsin 1993-cü ildə doğulduğu və adının Könül olduğu məlum olub.

 

İntiharın səbəbi məlum deyil.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Xatırladaq ki, sözügedən körpüdə dəfələrlə intihar hadisəsi baş verdiyi üçün həmin ərazidə mühafizə polisi xidmət aparırdı. Lakin, dünən baş verən hadisə zamanı polisin ərazidə olub-olmadığı bilinmir.

 

                                                                         ***

 

AZpress.AZ məlumat verir ki, Metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüdən bir qadın ozünü ataraq, intihar etmişdir.

Bu  körpüdə dəfələrlə intihar hadisəsi baş verdiyi üçün, həmin ərazidə növbətçi mühafizə polisi xidmət aparırdı. Lakin, bu gün baş verən hadisə zamanı polisin ərazidə olub-olmadığı məlum deyil.Hər halda, hadisənin baş vermə xronikası ətrafda yerləşdirilən nəzarət video-kameralari çəkmiş olar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

Hələlik isə, məlumdur ki, qadın orta yaşlı olub.

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !