Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirildi - (+FOTOLAR)

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirildi (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 16 mart Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Televiziyasının Mədəniyyət kanalının və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan “Ədəbi üfüqlər” adlı poeziya müsabiqəsinin qaliblərinin sözlərinə yazılmış mahnılardan ibarət konsert keçirildi. Tədbirdə ön söz olaraq Mədəniyyət kanalının direktoru Ramil Qasımov çıxış edərək belə müsabiqələrin keçirilməsinin çox önəmli olduğunu vurğuladı. Həmçinin keçirilən bu poeziya müsabiqəsin bəstəkarlar üçün də yeni əsərlərin yaranmasıda böyük rol oynadığını qeyd etdi.
Müsabiqədə qalib gələn şairlərin sözlərinə yazılan mahnılar arasında həm gənc, həm də artıq kifayət qədər tanınmış bəstəkarlar yeni əsərlər yaratmış və bu nömrələr həmin gecədə səslənmişdir. Gecədə həmçinin Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi də çıxış edərək qalib şairləri təbrik etdi və gələcəkdə də belə layihələrin keçirilməsinin tərəfdarı olduğunu vurğuladı.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !