QARA QARAYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNUR -

QARA QARAYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNUR

AZpress.AZ xəbər verir ki, 2018-ci il 2 aprel tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş Pianoçuların V Respublika elmi-ifaçılıq müsabiqəsinin açılış mərasimi olacaq.
SSRİ və Azərbaycanın xalq artisti, BMA-nın rektoru professor Fərhad Bədəlbəylinin sədrliyi ilə müsabiqə aprelin 2-dən 9-na qədər keçiriləcək. Müsabiqənin münsiflər heyəti qismində BMA-nın professorları ilə bərabər Qara Qarayevin qızı, İstanbul Dövlət Texniki Universitetinin Türk klassik musiqisi Dövlət Konservatoriyasının İspirtoxane mədəniyyət və sənət mərkəzinin fortepiano şöbəsinin müdiri Züleyxa xanım Qarayeva-Bağırova da iştirak edəcək.
Müsabiqədə Respublikamızın müxtəlif şəhər və regionlarından nümayəndələr iştirak edəcək – Bakı, Sumqayıt, Ceyranbatan, Ağdaş, Ağdam, Gəncə, Şəki, Şamaxı, Yevlax, Quba, Göyçay, Oğuz, Qax, Naftalan, Neftçala və b.
Bu, BMA-nın eksperimental laboratoriyası olan məktəb-studiyanın bazasında professor Tərlan Seyidov tərəfindən işlənilmiş proqram əsasında olan yeni elmi-ifaçılıq müsabiqəsidir. Onun məqsədi – təcrübənin ifaçılıq nəzəriyyəsi ilə əlaqələndirilməsi, geniş profilli musiqiçinin kompleksli inkişafının təkmilləşdirilməsidir. Müsabiqənin şərtinə əsasən hər iştirakçı ifa etdiyi proqramın məruzəsi ilə çıxış edəcək.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !