Məşhəddə (İran) - İçkili qonaqlıq məclisi
Bu xəbəri paylaş
İranın müqəddəs şəhəri Məşhəddə polis çərşənbə qonaqlığına basqın edib.
İran mətbuatının verdiyi məlumata görə, martın 13-də axşam saatlarında Məşhədin əxlaq təhlükəsizliyi polisinin əməkdaşlarının keçirdiyi əməliyatda şəhərətrafı bağ evinlərindən birində 60 qız və oğlan yarıçılpaq və içkili halda həbs olunublar. Həbs olunanlardan 38-i qadın, 22-si kişidir.
Evdə aparılan axtarışlar nəticəsində oradan alkoqollu içkilər, musiqi alətləri, həmçinin 20 avtomobil aşkarlanaraq müsadirə olunub.
Qeyd edək ki, dünən İranda keçirilən çərşəbə mərasimlərində 4 nəfər ölüb, 2082 nəfər isə yaralanıb.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )