Mebel fabrikində yanğın - - Gəncədə

Mebel fabrikində yanğın - Gəncədə

Gəncədə mebel fabrikində yanğın baş verib


Gəncədə güclü yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə Gəncə şəhərində hər mərtəbəsi 250 kvadratmetr olan ikimərtəbəli mebel fabrikində qeydə alınıb. Nəticədə müəssisənin birinci mərtəbəsinin 60, ikinci mərtəbəsinin isə 136 kvadratmetrlik hissəsi, bir dəzgah və dam örtüyü 250 kvadratmetr sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !