Xalqın zövqünü...korlayanlar var - - Şairə Xuraman Vəfa

Xalqın zövqünü...korlayanlar var - Şairə Xuraman Vəfa

Şairə Xuraman Vəfa bayağı mahnılar və onların ifaçılarını kəskin tənqid edib. Bu barədə AZpress.AZ - a danışan şairə xanım bildirib ki, akademik mahnılar itmək üzrədir. “Musiqimizə, mahnılarımıza baxsaq görərik ki, böyük bir uçurumun kənarındayıq. Xalqın zövqünü məcbur şəkildə korlayanlar var. Bizim kamanımız, tarımız, tütəyimiz, balabanımız var. Necə ki müğənni oxuyur, alətlər də onu ifadə etməlidir. Musiqi alətlərimiz bir sintezatorla əvəz edilib. Son zamanlar musiqi bəstələnmir. Mən deyərdim bəstəkarlarımızın çoxu incəsətdən küsüb. Baxırsan müğənnilər elə bəstəkarlara üz tuturlar ki adam söz tapmır deməyə. İndi hər kəs öz kitabını oxuyur, hərə öz havasında oynayır. Sənəti öldürən insanlar əslində xalqın düşmənidir. Bizim incəsənətimizə düşmən kəsiliblər. Milli əsərlərimizi guya sintez edib Avropaya çatdırırlar. Daha da bərbad günə qoyurlar bizim xalq mahnılarımızı. Bir vaxtlar var idi televiziya kanallarında, bəstəkarlar birliyinin özündə də senzuralar var idi. Hər mahnılar qəbul olunmurdu. Bu problem bəstəkarlar ittifaqı səviyyəsində də həll olunacaq bəla deyil. Bu gün hamı bəstəkar, hamı şair olub. Müğənni həm bəstəkardır, həm musiqiçidir, həm də söz yazarıdır. Nə qədər ki, bu fəlakət qarşımızda duracaq, bizimlə bir addımlayacaq sənətimizdə irəliləyiş olmayacaq. Bu bayağı mahnılar insanların zövgünü korlamaqla yanşı həm də əxlaqi cəhətdən kasıbdır. Xalqın əxlaqını korlayan mahnılardır. Həmin sənətdən xəbəri olmayanlar ən böyük konsert salonlarında konsert verirlər. Əvvəllər hər adam Heydər Əliyev adına sarayda konsert verə bilməzdi. Indi yerindən duran o salonda konsert verir.”
Xuraman xanım eyni zamanda bayağı mahnıların yayılmasında bölgələri günahlandıranlara da cavab verib. Bildirib ki, bölgələrimizdə kifayət qədər
ziyalı, zövglü insanlar var. “Gəlin heç də uzaq olmayan tarixə nəzər salaq Şəfiqə Axundova Şəkidən gəlib, Üzeyir Hacıbəyov Şuşadan gəlib bu siyahını uzatmaq da olar. Problemi bölgələrin üzərinə atıb o insanları günahlandırmasınlar. Tariximizə, ədəbiyyatımıza, kinolarımıza, musiqimizə nəzər salsaq görərik bölgələrdən necə nəhəng sənətkarlar çıxıb. Ondansa problemin həllinə çalışılsın. Həll yolunu isə mən nəzarətdə görürəm. Sözlər və musiqi təhlil olunmalıdır. Onu da qeyd edim ki, bu cür mahnıların təbliğatı təkcə televiziya və radiolarda aparılmır. Restoranlar, alış-veriş mərkəzləri və digər ictimai yerlərdə bayağı mahnılar təbliğ olunur. Bunların qarşısı alınmalıdır.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !