Azərbaycan gəncliyi İlham Əliyevə səs verir - - Samir Pənəliyev

Azərbaycan gəncliyi İlham Əliyevə səs verir - Samir Pənəliyev

2018-ci il prezident seçkilərinə az qalıb. Yeni Azərbaycan Partiyası tərəfindən növbəti dəfə bu şərəfli vəzifəyə Prezident İlham Əliyevin namizədliyi irəli sürülüb. Azərbaycan gəncləri Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanmasını istəyir və bu uğurda çalışır. Ölkəmizin siyasi həyatının başlıca hadisəsi olan, YAP-ın namizədi Prezident İlham Əliyevin qələbəyə nail olmasına gənclik öz töhfəsini verəcək. Prezident İlham Əliyev xalqın rifah halının yaxşılaşmasını, ölkədə sülh və əmin amanlığın bərqərar olunmasını, uğurlu siyasət nəticəsində ölkəmizin hər sahədə sürətlə inkişaf etməsini təmin edib.
Ölkə gəncləri Prezidentimizin uğurlu və uzaqgörən siyasətini hər zaman dəstəkləyir. Onun uğurlu siyasəti nəticəsində ölkəmiz hərtərəfli inkişaf edib. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Bu gün də Cənab Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirərək daima Azərbaycan gəncliyini dəstəkləyir. Ölkənin idarə olunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir. Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması da cənab Prezidentin gənclərə qayğısının nəticəsidir. Şöbənin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyevin qeyd etdiyi kimi bu qayğını hiss edən gəncliyin əsas məqsədi də Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir: "Azərbaycan gəncliyinin cavanlığı onun zəif cəhəti yox, üstünlüyüdür. Gənclərimizin intellektual və yaradıcılıq qabiliyyətinin ortaya çıxarılması, həyata keçirilən layihələr bundan sonra da sürətlə davam etdiriləcək. Prezident və birinci vitse-prezidentin rəhbərliyi altında uğur qazanan məhz gənclər olacaq”.
Cənab Prezidentin dediyi kimi – “Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda”. Bu ideyalar gəncliyimizin hərəkətverici ideya qüvvəsidir. Prezident İlham Əliyevin gənclərə qayğısı bu məntiqə əsaslanır. “Azərbaycanı ən qüdrətli ölkəyə çevirək” çağırışına uyğun aparılan islahatlarda yeni nəslin nümayəndələrinin fəallığı hər sahədə hiss olunur. Azərbaycan gəncliyinin ən aktiv gəncləri, təşkilatları, tanınmış idmançıları cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib və 11 aprel Azərbaycanda keçiriləcək prezident seçkilərində onun namizədliyini birmənalı formada dəstəkləyəcək.
Mən Samir Pənəliyev, işğal altında olan Laçın rayonunun gənc bir sakini olaraq gənclərimizi ümummilli lider Heydər Əliyevin ideyalarını yaşatmaq və torpaqlarımızı azad etmək üçün ölkə başçımız, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, ona dəstək olmağa dəvət edirəm.

 

Samir Pənəliyev

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !