Qumarxanalar aşkar olundu... - - BAKIDA (+FOTOLAR-VİDEO)

Qumarxanalar aşkar olundu... - BAKIDA (+FOTOLAR-VİDEO)

Polis əməkdaşları Bakıda qanunsuz fəaliyyət göstərən qumarxana aşkar ediblər

 

Qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu qəbildən oyunların keçirildiyi obyektlərin fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Binəqədi rayonundakı çay evlərindən birində pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

 

Təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin obyekt nəzarətə götürülüb və çay evində qumar oyunlarının keçirildiyi sübuta yetirilib. Əməliyyat-axtarış tədbiri nəticəsində həmin obyektdə pul uduşlu qumar oyunları təşkil etməkdə şübhəli bilinən, Bakı şəhər sakini Mübariz Quliyev və orada qumar oynayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

Çay evinə baxış keçirilən zaman qumar oyunlarında istifadə olunan əşyalar, pul vəsaitləri və iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.

 

Faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin istintaq şöbəsinə göndərilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !