Beynəlxalq Qadınlar günü nə həsr olunmuş konsert keçirilib - (+FOTOLAR)

“Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş konsert keçirilib (+FOTOLAR)

6 mart 2018-ci iltarixində Azərbaycan Milli İncəsənət muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber” Gənclər Kamera Orkestri “Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. Tədbiri ilk öncə orkestrin baş dirijoru Əməkdar artist Fuad İbrahimov Beynəxalq qadınlar bayramı münasibətilə bütün xanımlara təbriklərini çatdırıb. Daha sonra tədbir musiqi nömrələri ilə davam edib.
Baş dirijor (Əməkdar artist Fuad İbrahimov), solistlər (Abasova Ümidə, Abıyev Rauf, Abdullayeva Xəyalə, Aslanlı Nəzrin, Ağazadə Şəms, Salamova Aydan, İbrahimova Aytən, Əliyev Rəşid) ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri (Pablo de Sarasate “2 skripka üçün konsert”, Antonio Vivaldi “2 skripka üçün konsert”, İohan Sebastian Bax “konsert”, Jules Massenet “İmidasiya”, Astor Piazzolla “İlin fəsilləri” silsiləsindən “Yaz”, Fikrət Əmirov “Nizami” simfoniyası) yüksək peşəkarlıqla səslənib. Konsertin sonunda SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli Beynəxalq qadınlar bayramı münasibətilə bütün xanımları səmimi qəlbdən təbrik edib və öz kompozisiyası olan “Dəniz” əsərini ifa edərək zalda əyləşən hər kəsin gur alqışlarına səbəb olub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !