Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib - +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmayılov )

Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmayılov )

28 Fevral 2018 - ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş fortepiano musiqisi konserti keçirilmişdir. Konsertdə Bakı Musiqi Akademiyasının dosenti Firəngiz Hacıyevanın sinfində təhsil alan tələbələr iştirak etmişdir. Rəngarəng klassik fortepiano nümunələri ilə peşəkar çıxışlar edən ifaçılar, zalda bütün dinləyiciləri heyran etmişlər. Solistlər qismində - Fidan Tağıyeva ( 1-ci kurs ,bakalavr), Rəna Novruzbəyli ( 1-ci kurs ,magistr), Lalə Huseynli (1-ci kurs ,magistr), Gülşən Mehdizadə ( 1-ci kurs,magistr), Illər Məmmədzadə ( 2-ci kurs ,magistr) çıxış etmişlər. Musiqi proqramında: Q. Qarayev - Prelüd No 3,10 ; L.V.Bethoven - Sonata No 18,op.31 no 3 ; S.Frank - Prelüd,xoral və fuqa ; R.Şuman - Romans op.28 no 2; L.V.Bethoven - Sonata No 26,op.81a ; L.V.Bethoven - Sonata No 32,op.111 ; F.List - Dante Sonata , kimi möhtəşəm əsərlər səslənmişdir. Konsert dinləyicilər tərəfindən gur alqışlarla sona çatmışdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !