- Erməni qadın Bakıya qayıtdı (VİDEO)

Erməni qadın Bakıya qayıtdı (VİDEO)

Ötən gün əslən erməni olan İrina Berçinyan Bakıya gəlib.

 

Minval.İnfo-nun məlumatına görə, digər Bakı erməniləri kimi, o da 30 il sonra Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının vasitəçiliyilə Azərbaycan paytaxtına qayıdıb.

 

İrina Bakı haqqında əslən azərbaycanlı olan ərindən öyrənib. Doğulduğu və böyüdüyü şəhəri, o, erməni separatçılarının Azərbaycana qarşı ərazi iddialarından sonra tərk edib.

 

Qadın qeyd edir ki, 1980-ci illərin sonunda ailəsi ilə birgə Rusiyaya köçüb. 30 il sonra İrina Berçinyan azərbaycanlı əri ilə Bakı küçələrində gəzir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !