EHTİYATLI OLUN! - - "Otxot" DÖNƏR satılır...

EHTİYATLI OLUN! - "Otxot" DÖNƏR satılır...

ŞOK:PAYTAXTDA UCUZ QİYMƏTƏ "OTXOT"DÖNƏRLƏR SATILIR - QTA HARA BAXIR ?!

 


Eyyub Hüseynov:"Əhali dönər alan zaman dönərçidən onun hazırlanması və ətin mənşəyinə dair sənədlər tələb etməlidir. Sənədlər təqdim olunmasa, belə dönər alınmamalıdır"



"Dövlət nəzarət komissiyalarının dönərxanalara nəzarətinin zəif olması insanların sağlamlığını təhlükə altına alır”


Bu barədə "Sherg.az”a paytaxt dönərxanalarında satılan "otxot" dönərlərdən danışarkən "Azad İstehlakçılar Birliyinin(AİB)sədri Eyyub Hüseynov bildirib.


Onun sözlərinə görə, üç il bundan öncə, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət komitəsi dönərlərin standartını yaradıb:


"Orada dönərxanalar necə olmalı, hansı tələblərə cavab verməli sullarına tam aydınlıq gətirilib. Dönərləri təzə ətdən hazırlayıb, şişə taxıb, ətini "şok dondurma”dan keçirib, xüsusiləşmiş avtomabillərdə dönərxanalara çatdıran "Az Protein Foods Group" MMC şirkəti müəyyən olundu. Bizim monitorinqlər göstərdi ki, Bakıda olan dönərxanaların 85 faizi dönəri onlardan almır. "Şok dondurma” da ətin tərkibindəki zərərli mikroblar ölür. Amma indi dönər ətlərinin haradan alınması və necə düzəlməsi bilinmir.

 

 

Hətta mənşəyi məlum olmayan ətlər istifadə olunur. Dövlət Standartlarının tələbi yerinə yetirilmir. Bu işə nəzarət edən dövlət komissiyaları öz işlərinə biganə yanaşırlar. Martın 14-də Qida Təhlükəsizliyi Agentliyi (QTA) ilə böyük bir yığıncağımız olacaq. Tədbirdə bu məsələni qaldıracam. 2006-cı ildən quş ətindən hazırlanan dönərlər qadağan olunub. Buna baxmayaraq yenə də satışda bu cür dönərlər var. Hətta ümumi dönərxanaların 80 faizində quş ətindən hazırlanan dönərlər satılır. Biz məktub yazdıq ki, bu yalançı qadağanı götürün. Bu "de-yure qadağadır, amma de-fakto olaraq satılır. Əslində dövlətin qaydaları, qanunları ayaq altına atılır. Ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur.

 

Qanun olmayan yerdə cinayət baş verir. Biznes qurumlarının onlara toxunmağa, fəaliyyətlərini yoxlamağa ixtiyarı yoxdur. Cənab prezident dəfələrlə bəyan edib ki, ictimai nəzarət lazımdır. Əhali dönər alan zaman dönərçidən onun hazırlanması və ətin mənşəyinə dair sənədlər tələb etməlidir. Sənədlər təqdim olunmasa, belə dönər alınmamalıdır. Bakıda 15 min dönərxana var. Biz istəyirik ki, onlar dönərləri təşkil olunmuş yerlərdən, qanunla hazırlanmış yerlərdən gətirsin. Dönərlərdəki digər problem budur ki, dönərlərin üzü yandırılır, lakin içərisi bişmir. İçərisində olan qanın plazması axıb ətə qarışır. Həmin plazma vasitəsi ilə yaranan mikroblar ətlə qarışdırılıb istehlakçılara verilir. Bunların hamsının qarşısı alınmalıdır. Düşünürəm ki, QTA buna son qoyacaq”.

 

Qalmış dönərin sonradan istelakcılara satılmasına toxunan təşkilat sədiri onu da bildirib ki, standart olaraq dönərlərin saxlanılma müddətinə nəzər edilmir:

 

" Buna görə də, köhnədən qalmış bəzi dönərin vasitələri təzələrə qarışdırılaraq yenidən istifadə olunur. Ya da "otxot" dönər kimi qalmış dönərlər satılır. Bunların da sonu zəhərlənmə ilə nəticələnir. Dönərxalarda işləyənlərin tələblərə cavab verməməsinə, onlarda xəstəliklərlə, geyimlərlə bağlı nəzarət aparılmır. Bununla yanaşı, dönərxanaların müasir tələblərə cavab verib- verməməsi, gigienik cəhətləri yoxlanılmır. Bütün bunlar açıq qalmış, yoxlanılmamış məsələlər olaraq qalır. Bu da əhalinin sağlamlığına ciddi ziyan vurur, onların kütləvi və fərdi zəhərlənməsinə səbəb olur. Hesab edirəm ki, dönərxanalara mütləq nəzarət olunmalıdır".

 

Kənan Eynuroğlu 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !