Aşıq Ulduz Sönməzin kitab və diski işıq üzü görüb - (+FOTOLAR)

Aşıq Ulduz Sönməzin kitab və diski işıq üzü görüb (+FOTOLAR)

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü tanınmış aşıq-şair Aşıq Ulduz Sönməzin “Mən belə yaşadım” adlı kitab və “El havası” adlı diski işıq üzü görüb. M. F. Axundov adına Milli Kitabxanada kitab və diskin təqdimat mərasimi keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı, professorlar Nizami Cəfərov, Qəzənfər Paşayev, Rəşid Mahmudov, xalq artisti, tarzən Ramiz Quliyev, Aşıq Gülarə Azaflı, Milli Kitabxananın direktoru Kərim Tahirov, İrakdan gələn qonaqlar və başqa tanınmış elm, mədəniyyət xadimləri iştirak edib. Çıxış edən tanınmış similar ustad aşıq Ulduz Sönməzin Azərbaycan Aşıq sənətinə verdiyi töhfələrdən və onun mədəniyyət tariximizdəki yerindən bəhs ediblər.
Mərasimin ədəbi hissəsində isə Aşıq Ulduz, Aşıq Qələndər, Aşıq İlham, Aşıq Şaiq Ulduz xanımın müəllifi olduğu aşıq havaları və el havalarını ifa ediblər.
Qeyd edək ki, “Mən belə yaşadım” kitabının bir hissəsində tanınmış el, mədəniyyət və incəsənət xadimlərinin Aşıq Ulduz Sönməz haqqınd olan fikirləri, deyişmələr və yazışmalar yer alıb. Kitabın redaktoru əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Diskdə “Qaraçı”, “Ovşarı”, “Süsənbəri”, “İrəvan çuxuru” kimi el havaları və duetlər yer alıb. Diskin aranjemanı Əvəz Muradova məxsusdur.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !