MEZZO ELMİ PUBLİSİSTİK İNFORMASİYA JURNALININ №16 XÜSUSİ BURAXILIŞI ÇAPDAN ÇIXDI -

“MEZZO”ELMİ PUBLİSİSTİK İNFORMASİYA JURNALININ №16 XÜSUSİ BURAXILIŞI ÇAPDAN ÇIXDI

BAKI MUSİQİ AKADEMİYASININ “MEZZO”ELMİ PUBLİSİSTİK İNFORMASİYA JURNALININ №16 XÜSUSİ BURAXILIŞI ÇAPDAN ÇIXDI

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının №16 xüsusi buraxılışı ötən il üçün son sayını oxucularının diqqətinə təqdim edib. Ənənəvi olaraq bu sayda da bir-birindən maraqlı məqalələr, xəbərlər öz əksini tapmışdır.
Baş redaktoru Vüqar Hümbətov olan jurnalda akademiyanın professor-müəllim və tələbələrinin məqalələri dərc olunub. Bunlardan BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə, Sənətşünaslıq namizədi, BMA-nın professoru, Elmi katib Leyla Məmmədova, BMA-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova, BMA Mətbuat xidmətinin əməkdaşı Minacat Əhmədova həmçinin gənc və istedadlı tələbələr Aygün Qəhrəmanova, Fidan Rəhimli, Fəxri Kazım-Nicatın adlarını çəkmək yerinə düşərdi.
“Mezzo” jurnalının bu sayında Bakı Musiqi Akademiyasında keçirilən konsertlər, tədbirlər, layihələr, konfranslar, ustad dərsləri və tələbələrin uğurları haqqında geniş xəbərlər öz əksini tapıb. Buna misal olaraq Ümumilli lider Heydər Əliyevə həsr olunmuş tədbirlər, SSRİ və Azərbaycanın Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin yubileyinə həsr olunmuş silsilə tədbirlər, “Ü.Hacıbəyli adına IX Beynəlxalq Musiqi Festivalı”, Türkiyədə keçirilən III Musiqi və Rəqs konqresi, görkəmli bəstəkarlarımızın yubiley tədbirləri, akademiyanın beynəlxalq əlaqələri, ustad dərsləri, xəbərlər bölməsi, tələbələrimizin uğurları və bir çox məqalələr yer almışdır.
Hər buraxılışında musiqisevərləri öz ətrafına cəmləyən jurnalın bu sayında da, məzmun etibarilə mühüm məqalələr öz oxuyucularına təqdim olundu. Jurnalı həmçinin elektron olaraq (https://issuu.com/vugarhumbatov/docs/mezzo____16) oxumaq mümkündür.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !