Brilliant Dadaşovanın Bu həyat sevgi ilə daha gözəldir adlı solo konserti baş tutdu - (+FOTOLAR-VIDEO)

Brilliant Dadaşovanın “Bu həyat sevgi ilə daha gözəldir” adlı solo konserti baş tutdu (+FOTOLAR-VIDEO)

Brillinat Dadaşovanın konsertində anşlaq
Biletlər 1 ay öncədən satılıb

Martın 3-də xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev Sarayında “Bu həyat sevgi ilə daha gözəldir” adlı solo konserti baş tutdu. Xalq artisti 5 illik fasilədən sonra 20 nəfərlik ansamblı ilə yeni və repertuarındakı sevilən mahnıları ilə tamaşaçılarına əsl musiqi ziyafəti verdi.

 

Bəstəkar Vaqif Gərayzadə bədii rəhbərliyini etdiyi konsertin biletləri bir ay öncədən satılmışdır. Anşlaqla keçən konsertdə sevənləri xalq artistini gül-çiçək yağışına tutmuşdu.

 

Alqış sədaları gücləndikcə Brilliant xanım zala enməyə qərar verdi və tamaşaçılarla “Bəri bax” mahnısını ifa etdi. Xalq mahnısının sözlərini əzbər bilən tamaşaçılar sənətkara böyük məmnuniyyətlə qoşuldular. Brilliant xanım xalq mahnılarını estrada musiqisinin pərəstişkarlarına sevdirməyi ilə qürur duyduğunu dilə gətirdi.Gecədə bəstəkarlar Vagif Gərayzadə, Aygün Səmədzadə, Nailə Mirməmmədli və Yeganə Axundova müğənninin ifalarında mahnılarını royalda özləri müşaiyət etmişlər.

 

Qeyd edək ki, konsert Azərbaycan televiziyası tərəfindən lentə alınıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !