Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib - (+FOTOLAR)

Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib (+FOTOLAR)

26 fevral 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Qeyd edək ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.
Tədbirdə BMA-nın müəllim və tələbə heyətindən ibarət konsert proqramı səsləndirilmişdir. Hüznlü musiqi proqramında Henri Persel – “Didona və Eney” operasında “Didonanın ariyası” (İfa edir-III kurs tələbəsi Safura Aslanova, müşayiət edir: Muradova Gülbacı), Georq Fridrix Hendel – “Otton” operasından “Ottonun ariyası” (İfa edir III kurs tələbəsi Respublika və Beynəlxalq müsabiqələr laureatı Hidayət Əliyev,müşayiət edir: Lilya İmanova), Yirji Antonin Benda – “Grave”,(İfa edir II kurs tələbəsi Şahmar İbrahimov müşayiət edir: magistr pilləsinin II kurs tələbəsi Respublika və Beynəlxalq müsabiqələr laureatı Orucova Səbinə), İ.S.Bax – “Matvey ehtirasları” (İfa edir Az.Respublikasının əməkdar artisti İlham Nəzərov, Müşayiət edir: Respublika və Beynəlxalq müsabiqələr laureatı, BMA-nın II kurs tələbəsi Elxan Niftiyev),Aydan Əliyeva “Qarabağ romansı”,(İfa edir: Safura Aslanova, Skripkada Quluzadə Əzizağa), S.Raxmaninov – “Vokaliz”(İfa edirlər Bakı Musiqi Akademiyasının müəllimləri, Respublika və Beynəlxalq müsabiqələr laureatı Ülviyyə Kazımova, Gülnarə Kərimova), Sərdar Fərəcov “Unutma”(İfa edir: Prezident təqaüdçüsü, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Milli Konservatoriyasının magistr pilləsinin I kurs tələbəsi Mədinə Şahgəldiyevamüşayiət edir: Respublika və Beynəlxalq müsabiqələr laureatı, BMA-nın magistr pilləsinin I kurs tələbəsi Nərmin Rzayeva), Qiraətçi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Hüseynağa Aslanov - “Ramiz Rövşən – “Qapı poeması”, Q.Qarayev “Çar kəndinin heykəli” (İfa edir: Respublika və Beynəlxalq müsabiqələr laureatı, BMA-nın II kurs tələbəsi Eldəniz Ələkbərzadə), Fərhad Bədəlbəyli “Ave Maria”, (İfa edirlər Əməkdar artist İlham Nəzərov və BMA-nın II kurs tələbəsi İslamə Abdullayevamüşayiət edir: II kurs tələbəsi Aytac Məmmədova) əsərlər ifa olunmuşdur.
Xocalı faciəsini əks etdirən görüntü video-çarx vasitəsilə bir daha nümayiş olunmuşdur.

 

Allah Şəhidlərimizə rəhmət eləsin!


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !