Anadolu Universitetinin simfonik orkestrin konserti keçirilib - (+FOTOLAR)

Anadolu Universitetinin simfonik orkestrin konserti keçirilib (+FOTOLAR)

22 fevral 2018-ci il tarixində Türkiyə Respublikası Anadolu Universitetinin Atatürk Kültür və Sanat Merkezi Opera və Bale salonunda Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Anadolu Universitetinin simfonik orkestrin konserti keçirilib. Konsertdə görkəmli bəstəkar F.Əmirovun "Nizami" simfoniyası uğurla səslənib.Daha sonra solistlər, Xalq artisti, Ü.Hacıbəyli adına BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Y.Axundovanın və türk musiqiçisi Zeynep Çilingirin (truba)ifasında dahi rus bəstəkarı D.Şostakoviçin fortepiano truba və kamera orkestri üçün 1 saylı konserti səslənib.Peşəkar ifaçıların ifasında səslənən əsərlərin emosional təsir gücünün və dərin mənasının dinləyicilərə olduğu kimi çatdırılması qonaqların rəğbətinə səbəb olub. Konsert dinləyicilərin gurultulu alqışları ilə sona çatıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !