«Wistfulness» - - Xocalı faciəsinə həsr olunmuş layihə (+VIDEO)

«Wistfulness» - Xocalı faciəsinə həsr olunmuş layihə (+VIDEO)

«Wistfulness» - mənim bəstəkar kimi iştirak etdiyim, Xocalı faciəsinə həsr olunmuş layihədir. Düşünürəm ki, insanlığa qarşı törədilmiş bu vəhşilik heç kimi soyuqqanlı buraxmaz.
Hər bir azərbaycanlı kimi, o gecədə nələrin baş verdiyi haqqda düşünəndə belə, dərin kədər və daxili hüzün hissləri məni bürüyür. Məhs bu hisslər məni bu musiqini bəstələməyə vadar etdi. Azərbaycanı bu il Avroviziya da təqdim edəcəyimi bilirsiniz; bu gün Avropanın mənə və sənətimə olan diqqəti kimi, bir imkanı qaçırmayıb, bəstəmi təqdim edərkən, məqsədlərimdən biri də, bu mövzunu bir az da ictimailəşdirmək, daha geniş kütləyə bir daha çatdırmaqdır.
Çoxları məni müğənni kimi tanıyır, amma bu layihə də mən oxumaq istəməyib, bəstəkar və pianoçu qismində iştirak etməyə qərar verdim.
Bəstədə eşitdiyiniz kamança səsi, Azərbaycanın xalq artisti Fəxrəddin Dadaşovun ifasıdır, muğam bölümünü isə istedadlı xanəndə Vüqar Əliyev ifa edib. Videogörüntünün isə ideyası və çəkilişi Azer Jafar tərəfindən heyata keçirilmişdir
Milli Konservatoriya kollektivinə, özəlliklə Firuddin Quliyevə çəkilişdə göstərdikləri dəstəyə görə dərin təşəkkürlər.
Bu layihədə əməyi keçən hər kəsin adından və öz adımdan Azərbaycan xalqına, əsasən həmin gecədə əbədiyyata qovuşan və zərər çəkmişlərin ailələrinə və yaxınlarına səbr diləyirəm.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !