Elnarə Justice for Khojali adlı mahnı təqdim etdi - (+VIDEO)

Elnarə “Justice for Khojali”” adlı mahnı təqdim etdi (+VIDEO)

Müğənni Elnarə Xəlilova “Justice for Khojali”” (“Xocalıya ədalət”) adlı mahnı təqdim edib. Musiqi parçası İngilis və Azərbaycan dillərindədir. Mahnının sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan, musiqisi Elnarənin özünə, aranjemanı Emil Həşimova aitdir.


Elnarə mahnının İngilis dilində olmasına da aydınlıq gətirib: “Məqsədimiz bütün dünyaya Xocalı soyqırımını çatdırmaqdır. Mən sözləri oxuduqdan sonra o qədər təsirləndim ki, bir günün içində ona musiqi yazdım. Mahnıdakı sözlər çox təsirləndirdi”.


Layihənin rəhbəri Elnarə Xəlilova, təşkilatçıları Rövşən Cahangirov və Yaqub Cavadovdur. Video-klip üzərində Ramin Mirzəyev və Seymur Əlibəyov çalışıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !