Qanun pozuntusu ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib -

Qanun pozuntusu ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Gəncə şəhəri ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.
Keçirilən reyd zamanı Gəncə şəhəri Kəpəz rayonu Səfəvilər küçəsi 126 saylı binanın qarşısında yaşköküstə 12-22 sm diametrliyində 3 ədəd tut ağacının kəsildiyi aşkar edilib.
Araşdırma zamanı ağacların Gəncə şəhər sakini Tofiq Qəhrəmanzadə tərəfindən kəsildiyi və təbiətə 1500 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !