Xocalı soyqrımının 26-cı ildönümü ilə əlaqədar olaraq Fəryad bədii filmi nümayiş olunub - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Xocalı soyqrımının 26-cı ildönümü ilə əlaqədar olaraq “Fəryad” bədii filmi nümayiş olunub + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Heydər Əliyev Mərkəzi Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlərin keçirilməsinə davam edir. Növbəti tədbir 20 fevral 2018-ci il tarixində Ağcabədi Pedaqoji Kollecində həyata keçirilib.
Tədbir öncə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra tədbiri giriş nitqi ilə açan Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov bu faciənin bütün dünyaya çatdırılmasında gənclərin rolundan bəhs edərək bildirmişdir ki, Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlər, faciəni özünə əks etdirən bədii və sənədli film nümayişləri Xocalı soyqrımı ilə bağlı həqiqətlərin gənclərimizə çatdırılmasında böyük əhəmiyyət kəsb edir.
Sonra çıxış edən Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nurlan Piriyev Xocalı soyqrımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək qeyd edib ki, cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşdur. Şikəst olanların 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Mərkəz əməkdaşı həmçinin tədbirdə nümayiş etdiriləcək “Fəryad”filmi haqqında iştirakçılara məlumat verib və filmin həmin dövrdə yaşanan hadisələrin gənc nəsilə çatdırılmasında əyani bir sübut olduğunu bildirib.
Daha sonra Qarabağ müharibəsindən bəhs edən “Fəryad” bədii filmi nümayiş etdirilib.
Sonda Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa çıxış edərək bildirmişdir ki, qan yaddaşımıza həsr olunan film nümayişlərinin böyük əhəmiyyəti vardır. Xocalı soyqırımı ilə bağlı olaraq bir çox tədbirlər həyata keçirilsə də film nümayişlərinin təsir gücü fərqlidir. Kollektiv şəkildə izlənilən film izləyicilərin kollektiv təhlilinə,muzakirəsinə səbəb olur ki,bu da mövzuya dair daha geniş məlumatın əldə edilməsinə,yaddaşlarda iz salmasına gətirib çıxarır. O,gənc tələbələri sosial şəbəkələrdə də aktiv olmağa ,qan yaddaşımıza dair məlumatların geniş yayılmasında iştirak etməyə çağırdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !