Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş tədbir keçrilib - + FOTOLAR-VIDEO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş tədbir keçrilib + FOTOLAR-VIDEO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-122 nömrəli, 12.02.2018-ci il tarixli əmrinin “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” əmrinə əsasən Ağcabədi şəhəri M.Əsədov adına 5 saylı tam orta məktəbdə Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar müvafiq tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilib.
AZpress.AZ - ın bölgə müxbiri xəbər verir ki, 20 fevral 2018-ci il tarixdə Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, Ağcabədi RTŞ-nin nümayəndələri, valideynlər və məktəbin şagidləri iştirak ediblər.
Mərasim açıq elan edildikdən sonra vətən uğrunda canlarını qurban vermiş qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Məktəbin direktoru F. Allahverdiyeva giriş sözü ilə çıxış edərək bəşər tarixinə XX əsrin ən dəhşətli faciələrindən biri kimi daxil olmuş Xocalı soyqırımından söz açıb və bu hadisələrin insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu söyləyib, şəhid olub əbədiyyətə qovuşan vətən övladlarının şücaətindən, qəhrəmanlığından danışıb , məktəbliləri bu tarixi hadisələri unutmamağa, həmişə qan yaddaşında həkk etməyə çağırıb.
Tədbirdə məktəbin şagirdləri tərəfindən Xocalı soyqırımına həsr edilmiş şeirlər, bayatılar deyilib, ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib.
Anım mərasimində valideynlər də çıxış edərək şagirdlərdə vətənə məhəbbət hissinin daha da qüvvətlənməsində, həqiqi vətənpərvərlik məzmununun onlara düzgün dərk etdirilməsində məktəbin böyük rolu olduğunu qeyd ediblər.
Məktəbdə Xocalı faciəsinin iyirmi altıncı ildönümünə həsr edilmiş inşa yazı , rəsm müsabiqələri və idman yarışları keçirilib, birinci dərslər bu mövzuya həsr edilib.
Məktəbin təşkilati işlər üzrə direktor müavini N. Nəsirova tərəfindən şagirdlərin əl işlərindən, rəsmlərdən ibarət “Xocalı harayı” adlı güşə hazırlanıb.
Eyni zamanda, məktəbin şagird və müəllim kollektivi Xocalı şəhidlərinin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər, şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən oğullarının məzarlarına gül dəstələri qoyublar.


Fotolar Toğrul İbrahimovundur

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !