Dünyada vəhşi qətliam axtaran varsa, bu, Xocalıdır - - Ərdoğan (+VIDEO)

“Dünyada vəhşi qətliam axtaran varsa, bu, Xocalıdır” - Ərdoğan (+VIDEO)

Ərdoğan: “Dünyada vəhşi qətliam axtaran varsa, bu, Xocalıdır”

 

Bu gün Ədalət və İnkişaf (AK) Partiyasının parlament qrup toplantısı keçirilib.

 

Minval.İnfo xəbər verir ki, iclasda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Xocalı soyqırımından danışıb.

 

O, məclisdəki Azərbaycan heyətini salamlayaraq, bunları deyib: “Bu gün 26 il öncə Xocalı faciəsində şəhid olan bütün azərbaycanlı qardaşlarımızı təzim və rəhmətlə anıram. Dağlıq Qarabağdakı Xocalı şəhərində uşaq, qadın, yaşlı demədən vəhşiçəsinə öldürülən günahsızlara rəhmət diləyirəm.

 

Dünyada vəhşi qətliam axtaran varsa, bu, Xocalıdır. Son dönəm insanlıq tarixinin ən böyük zülmlərindən biri bundan 26 il əvvəl yaşanıb. Bunu hər kəs unutsa da, biz bunu unutmayıb, unutdurmayacağıq. Bu faciəni hər zaman xatırlayıb, xatırladacağıq”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !