. V4 Music adlı konsert keçirilib - (+FOTOLAR)

.“V4 Music” adlı konsert keçirilib (+FOTOLAR)

17 fevral 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Macarıstanın Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.“V4 Music” adlı konsert Macarıstan, Çexiya, Slovakiya və Polşa Respublikasının səfirliklərinin əməkdaşlığı nəticəsində baş tutub. Giriş sözü ilə çıxış edən Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor,
Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova qonaqları salamlayıb. Daha sonra Macarıstanın səfiri - Viktor Sederkenyiçıxış edərək Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor, tanınmış pianoçu Fərhad Bədəlbəyliyə yaratdığı bu şərait üçün dərin minnətdarlığını bildirib.
Konsertdə solistlər qismində Klara Babel (arfa) və Zalan Kovacs (tuba) çıxış ediblər. Musiqi proqramında Krzysztof Penderecki Bedrich (Capriccio for Tuba), Smetana (Moldva), Marin Marais(La Folia), Zalán László Kovács (Hommage a Bartók), Frederic Chopin(Variations on a Theme by Rossini), Peter Machajdik (Ulity), Zoltán Kodály (Háry János- Toborzó), Joseph Kosma (Louis Autumn Leaves), Armstrong (What a Wonderful World),Vittorio Monti (Csárdás), Zalán László Kovács (Kakukk) əsərləri səsləndirilib.
Konsertdə Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri - Vitezslav Pivonka və xanımı Monika Pivonka, müvəqqəti işlər vəkili Kristian Kamill, Macarıstanın səfiri - Viktor Sederkenyi və xanımı, Slovakiyanın səfiri Peter Priputen və xanımı, Polsanın səfiri Marek Calkaiştirak ediblər.
İfaçıların peşəkar çıxışı zalda əyləşən bütün dinləyiciləri heyran edərək gur alqışlarnan sona çatıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !