Mən Zeynəb Xanlarovanı nə müğənni, nə də millət vəkili sayıram - - Flora Kərimova

“Mən Zeynəb Xanlarovanı nə müğənni, nə də millət vəkili sayıram” - Flora Kərimova

“Mənim efirdən uzaqlaşdırılmağıma səbəb Zeynəb Xanlarova olub”.


Minval.İnfo xəbər verir ki, bunu 2 ildən sonra efir qadağası aradan qaldırılan xalq artisti Flora Kərimova Sfera.az-a açıqlamasında deyib.


Xalq artisti qadağa ləğv olunan kimi efirlərə geri qayıtdığını bildirib:


“Öz ənənəsinə sadiq olaraq məni ilk dəfə televiziyaya ATV telekanalı çağırdı. İlk qonağı olduğum veriliş “Onlar” oldu. “Ondan sonra” verilişinə də qonaq oldum. Bəli, mənə efir qadağasının qoyulmasına səbəb Zeynəb Xanlarova olub. Mən onu nə müğənni sayıram, nə də milləti təmsil edən millət vəkili sayıram. Mən yenə soruşuram o savadsızlığı ilə necə olur ki, gündə bir rəy söyləyir və hələ də öz işinə davam edir? Savadı olmayan, siyasətdən başı çıxmayan bir adam indiyə kimi millət vəkilidir. O, özündən başqa heç kimi düşünmür. Mən həmişə həqiqəti deyirəm və bundan çəkinmirəm. Onun milli məclisdə heç bir işi yoxdur, savadsızdır. Mən düşünürəm ki, millətim savadsız siyasətçiləri siyasətdən uzaqlaşdıracaq. Mən istəmirəm ki, mənim millətim savadsız millət vəkilləri ilə biabır olsun. Mən artıq bu savadsızlardan yorulmuşam. Demək istəyirəm ki, ayağını yorğanına görə uzatsın, yoxsa ayağı yorğandan bayırda qalar”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !