Kəlbəcər rayon ictimaiyyəti Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir ... - (+FOTOLAR)

Kəlbəcər rayon ictimaiyyəti Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir ... (+FOTOLAR)

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Kəlbəcər rayon ictimaiyyəti 11 aprel 2018-ci il tarixində keçiriləçək Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir adlı tədbiri.


“Aşıq Şəmşir” mədəniyyət Ocağı ictimai birliyinin təşkilatçılığı ilə 15 Fevral 2018-çi il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Kəlbəcər rayon ictimaiyyəti 11 aprel 2018-ci il tarixində keçiriləçək Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir adlı tədbir keçirdi. Tədbirdə Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini sədri Həbib Misirov açaraq bildiri ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz dədə-baba torpaqlarından, doğma yurd-yuvalarından didərgin düşərək taleyin ağrılı-acılı illərini yaşamaq məcburiyyətində qalan kəlbəcərlilər həmişə dövlətimizin və dövlətçiliyimizin mövqeyində əzmlə dayanmışlar. Azərbaycan dövləti öz vətəndaşlarını bu ağır vəziyyətdən çıxarmaq üçün davamlı tədbirlər həyata keçirməyə başladı
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də problemin həllini hər an diqqət mərkəzində saxlamış, çadır şəhərcikləri ləğv olunmuş, müxtəlif bölgələrdə məçburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr inşa olunmuş, onların sosial rifahı kökündən dəyişmişdir. Bütün bunlar möhtərəm prezidentimizin vətəndaşlarımıza göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. Öz doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, işlə, təhsillə, tibbi və digər xidmətlərlə təmin edilməsi üçün Dövlət Proqramları qəbul olunubdur. Son 14 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artırılıb.Kəlbəcər rayoundan olan məcburi köçkün ailələri də daim dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunublar. Kəlbəcər rayonundan olan məcburi köçkün ailələri üçün Gənçə, Yevlax, Qəbələ, Bərdə, Tərtər və digər bölgələrimizdə hər çür infrastrukturla təmin olunmuş müasir qəsəbələr salınmışdır. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu humanist siyasət hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. 2017-ci ilin mart ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban Əliyevanın ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bu qəbildən olan insanlara göstərilən qayğının bariz nümünəsidir.
Digər çıxış edənlər YAP İdarə Heyətinin üzvü ,əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Əməkdar Jürnalist, şair Adil Cəmil, Neft Akademiyasının müəllimi professor Musa Kazımov, Tibb Unveristetinin müəllimi, tibb elimləri namizədi Nağdəli Zamanov, Baki Dövlət Unveristetinin dosenti, filologiya elimləri üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı, Dövlət Pedeqoji Unveristetin müəllimi Mirvari xanım Verdiyeva, ziyalı Əli Abdullayev , gənclər adından Diplomatiya Akademiyasının I kurs tələbəsi Rəşad Təhməzli, Gənclər Mərkəzi ictimai Birliyinin sədri Kənan Qubadzadə və s cıxış edənlər bildirdilər ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, iqtisadi, siyasi və mədəni sahələrdəki uğurlarımızın sayı-hesabı yoxdur. Bütün bunlar Azərbaycanın inkişafının davalı olmasından xəbər verir.
Natiqlər bildirdilər ki, Vətənimiz Azərbaycanın bütün bölgələri, kənd və şəhərlərləri prezident İlham Əliyevin rəhbərliyi sayəsində sürətlə inkişaf edir və çiçəklənir. İqtisadiyyatımızın dinamik inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması naminə görülmüş əməli fəaliyyətlər hər bir vətəndaş üçün qürur mənbəyidir. Bu gün Azərbaycan regionun söz sahibinə çevirilibdir. Azərbaycanın içazəsi olmadan regionda hec bir beynəlxalq layihə reallaşmır. Həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçmişdir. Möhtətəm Prezidentimiz İlham Əliyevin qətiyyəti sayəsində Şimal-Cənub Nəqliyyat Dəhlizi də onlardan yan keçəcəkdir.
Yüksək inkişaf və bu inkişafın etibarlı zəmin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edəcəyi inamı Azərbaycanın hər bir vətəndaşında formalaşıb. Bu ümumi mənzərə seçkilər dövründə Azərbaycan vətəndaşlarını əhval-ruhiyəsini müəyyənləşdirib. Bu mənada 11 aprel seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir. İnsanlar indiyədək qazanılan uğurlarla yanaşı qarşıdakı illərdə də nailiyyətlərin davam etməsi arzulayır və bunu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə görürlər”.
Kəlbəcər ictimaiyyətinin nümayəndələri, kəlbəcər ziyalıları, ağsaqalları və gəncləri Azərbaycanın bundan sonrakı taleyinin etibarlı əllərdə olmasını qətiyyətlə istəyərək bildirdilər ki, bu işdə qəlbən inandığları və güvəndikləri yeganə lider möhtərəm prezidentimiz İlham Əliyevdir. İnanırıq ki məhz Möhtərəm Prezidentimizin qətiyyəti və məqsədyönlü siaysəti nəticəsində biz öz doğma ata-baba yurdlarımıza qayıdaçağıq və Azərbaycan dünyanın ən güclü dövlətlərindən birinə çeviriləçəkdir. Buna görə də 11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərində biz kəlbəcərlilərin dəstəkləyəcəyi yeganə namizəd möhtərəm Prezidentimiz İlham Əliyevdir.
Kəlbəcərlilər hər zaman dövlətimizin başçısının yanında olduqlarını, onu dəstəklədiklərini bir daha bəyan ediblər. Bildirilib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak edərək dövlətimizin başçısına səs verəcəklər.
Sonda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin layihələr departamentinin müdri, 23 saylı Kəlbəcər rayon orta məktəbinin direktoru Həqiqət xanım Şükürova Kəlbəcər ictimaiyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciəti oxudu.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !