Hindistanın Azərbaycandakı səfiri Astarada olub - +FOTOLAR (AZpress.AZ - Ağaddin Babayev, Astara)

Hindistanın Azərbaycandakı səfiri Astarada olub +FOTOLAR (AZpress.AZ - Ağaddin Babayev, Astara)

Hindistan Respublikasının Azərbaycandakı səfiri Sanjay Rana cənub bölgəsinə səfəri çərçivəsində fevralın 15-də Astarada olub.
Astara Rayon İcra Hakimiyyətində hindistanlı səfirlə keçirilən görüşdə icra başçısı Qəzənfər Ağayev rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat verib.
Asiya-Avropa ölkələrini birləşdirən “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi ilə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər turizm və kənd təsərrüfatı sahəsində mütəxəssis mübadiləsinin faydalı olacağını vurğulayıblar. Eyni zamanda rayonun gələcək sosial-iqtisadi inkişafından ötrü xarici investorlar üçün mövcud əlverişli şərait barədə fikir mübadiləsi aparılıb.
Astara rayonunun nümayəndə heyətinin Hindistan Respublikasına səfəri və bu ölkənin şəhərlərindən biri ilə Astara şəhərinin qardaşlaşması ilə bağlı təklifi səfir Sanjay Rana razılıqla qarşılanıb.
Daha sonra səfir “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran sərhədi avtomobil yoluna, Astara stansiyasından İran sərhəddinə qədər olan dəmir yolu xəttinə və Astara çayı üzərində inşa edilən dəmir yolu körpüsünə baxış keçirib, Xəzər dənizi sahilində salınmış və genişləndirilməkdə olan park-bulvar kompleksi ilə tanış olub.


Ağaddin BABAYEV, Astara.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !