Alman iqtisadiyyatının nümayəndələri Prezident İlham Əliyev ilə görüşüb -

Alman iqtisadiyyatının nümayəndələri Prezident İlham Əliyev ilə görüşüb

Prezident İlham Əliyev 20-ə yaxın Alman şirkətini təmsil edən nümayəndə heyətini
qəbul edib.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, fevral ayının 13-də Almaniyanın Şərqi Avropa
İqtisadi Əlaqələr Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müzakirələrin əsas mövzusunu Azərbaycanda metro sisteminin inkişafı, dəmir yolu infrastrukturunun
müasirləşdirilməsi, tikinti sənayesində investisiya imkanları, həmçinin kənd təsərrüfatı layihələrində və
maliyyə sektorunda iki ölkə arasında əməkdaşlıq imkanları təşkil etmişdir. Görüş zamanı Alman
iqtisadiyyatının məsləhət xidmətləri və maşın və avadanlıqlar sənayesindəki geniş təcrübəsinin
Azərbaycan iqtisadiyyatının diversifikasiyasına öz töhfəsini verə biləcəyi xüsusilə qeyd olunmuşdur.
Nümayəndə heyəti Uniper Global Commodities SE, Deutsche Bahn AG, Deutsche Bank AG, Airbus Group
International və Rödl & Partner kimi məşhur alman şirkətlərinin İcraçı direktorları və yüksək vəzifəli nümayəndələrindən, həmçinin Almaniyanın Azərbaycandakı səfiri cənab Mixael Kindsqrab, Alman-
Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İcraçı direktoru cənab Tobias Baumann və AHK Azərbaycanın İdarə Heyətinin sədri cənab Falko Haydrixdən ibarət idi.
Səfər çərçivəsində İqtisadiyyat naziri cənab Şahin Mustafayev, Energetika naziri cənab Pərviz Şahbazov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadə ilə də danışıqlar aparılıb.
Görüşlər zamanı tərəflər Azərbaycanla Almaniya arasındakı iqtisadi əlaqələrə dair fikirlərini bölüşüb və
2018-ci ildə ikitərəfli iqtisadi əlaqələrin genişlənəcəyindən öz əminliklərini ifadə ediblər. Bundan əlavə,
heyət Bakı Beynəlxalq Hava Limanında Silk Way Airlines aviaşirkətinə və Beynəlxalq Dəniz Ticarət
Limanına səfər edib və tərəflər arasında fikir mübadiləsi aparılıb.
Heyət səfərinin başa çatması münasibətilə Almaniyanın Azərbaycandakı səfiri cənab Kindsqrab
tərəfindən ziyafət təşkil edilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !