Norma operasının ilk premyerası olub - (+FOTOLAR)

“Norma” operasının ilk premyerası olub (+FOTOLAR)

8 fevral 2018-ci il tarixində Ü.Hacıbəyli adınaBakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera Studiyasında Vincenzo Bellini “Norma” operasının ilk premyerası olub.
Qeyd edək ki, Norma operası – italiyalı bəstəkar Vincenzo Bellininin 2 pərdəli (libretto: Feliçe Romani) lirik tragediyasıdır.Hadisələr romalılar tərəfindən fəth edilən Qalliya şəhərində cərəyan edir. Operanın ilk premyerası 1831-ci ildə Milan şəhərinin La Skala teatrında səhnəyə qoyulub.
Azərbaycanda ilk dəfə səhnələşdirilən operanın layihə rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, təşkilatçısı BMA-ın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, orkestrin dirijoru Xalq artisti, professor Fəxrəddin Kərimov, quruluşçu rejissor Elvin Mirzəyevin rəhbərliyi ilə həyata keçirilib. Qeyd edək ki, yaradıcı heyətə xormeyster Xalq artisti, professor Gülbacı İmanova, Konsertmeyster Yuliya Kərimova, Xor üzrə konsertmeyster Nüşabə İsa daxildirlər. Solistlər qismində Əməkdar artistlər - Fəridə Məmmədova (Norma), Səbinə Əsədova (Adalciza), Anton Ferştandt (Orovez), həmçinin Opera Studiyasının solisti Adil Axundov (Pollion), “Solo oxuma” kafedrasının tələbələri - Hidayət Əliyev (Flavio)və İslamə Abdullayeva (Klotilda) çıxış ediblər.
Operanın yüksək virtuozluq tələb edən mürəkkəb musiqi parçaları peşəkar ifaçıların ifasında dinləyicilərin rəğbətini qazanıb. Opera gurultulu alqışlarla təntənəli şəkildə sona çatıb.
Qeyd edək ki, konsertdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının həmçinin Azərbaycan Dövlət və Mədəniyyət Universtetinin nümayəndələri, eləcə də bir sıra dövlət xadimləri və ziyalı şəxslər iştirak ediblər.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !