Gənclər gününə həsr olunmuş tədbir keçirilib - (+FOTO)

Gənclər gününə həsr olunmuş tədbir keçirilib (+FOTO)

2 fevral 2018-ci il tarixində Gənclər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin konsert proqramında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestrinin (Bədii rəhbər: Azərbaycan və SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Dirijor: Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimov) ifasında A.Əlizadə ("Cəngi"), V.A.Mosart (“Divertisment” I hissə), F.Əmirov (“1001 gecə” baletindən Şəhrizadın bayramı), Niyazinin (“Qaytağı”) əsərləri ifa olundu. Bunun ardınca Respublikanın əməkdar artistləri Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabəy İsmayılov, Respublika müsabiqə laureatı Aydan Quliyeva, Mahir Tağızadə, Vüsal Aydəmirov, Ümidə Abasova, Respublika müsabiqələr laureatı Orxan Cəlilovun ifasında Niyazi (“Arzu”), E. de Kurtis (“Sorentoya qayıt”), V.Adıgözəlov (“Qərənfil”), F.Bədəlbəyli (“Dəniz”), C.Cahangirov (“Alagöz”), T.Quliyev (“Sevgi valsi”), A.Vivaldi (“İlin fəsilləri” konsertindən Yay), H.Rzayev (“Çahargah rapsodiyası”, “Qarabağ Şikəstəsi”), M.Maqomayevin (“Azərbaycan”) əsərləri peşəkarlıqla səslənib.

 

“2 fevral Gənclər Günü” münasibətilə 2017-ci ildə uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən BMA-nın tələbələri Hüseynov Orxan (“Simli alətlər” kafedrasının II kurs tələbəsi (müəl.: prof.N.Abbaszadə)), Ağarəhim Quliyev (“Nəfəs və zərb alətləri” kafedrasının I kurs tələbəsi (müəl.: prof. M.Ağamalızadə)) və həmçinin Aydan Həsənova (BMA-nın nəzdində yerləşən Opera Studiyasının solisti) diplomlarla təltif olunublar.
Quliyev Ağarəhim Vaqif oğlu Mədəniyyət sahəsində xüsusi Fərqləndiyinə görə Gənclər ücün Prezident Mükafatı ilə təltif edilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !