"Selector PRO" - - Layihə (+FOTO)

"Selector PRO" - Layihə (+FOTO)

British Council, ASAN Radio və YARAT Müasir İncəsənət Məkanı ilə birlikdə "Selector PRO" layihəsi çərçivəsində musiqi tədbirlərin təşkili mövzusunda üç günlük təlimdə Bakı Musiqi Akademiyasının professoru Mina Hacıyeva və birinci kurs tələbələri Suada Hacızadə və Elmina Həsənova iştirak ediblər. YARAT mərkəzində 31 yanvar - 2 fevral 2018-ci il tarixlərində keçirilmiş təlimdə Birləşmiş Krallıqdan və Azərbaycandan olan aparıcı musiqi xadimləri – nəzəriyyəçi və praktiklər bir araya gəliblər. Üç gün davam edən ustad dərsləri silsiləsində tədbirlərin təşkili, o cümlədən, tədbirlərin planlaşdırılması və konsepsiyasının hazırlanması, auditoriyanın seçilməsi, marketinq, reklam və təşviqat, canlı ifaların təşkili, layihələrin idarə edilməsi, sağlamlıq və əmək təhlükəsizliyi, qanunvericilik və texnologiya kimi məsələlərini işıqlandırıblar. İntensiv təlim kursunu britaniyalı event-prodüser və təlimatçı Dan Tsu (Londonun BIMM musiqi məktəbi/Lyrix Organix hərəkatı) aparıb və nəticədə Bakı Musiqi Akademiyasının nümayəndələri Sertifikatları əldə ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !