Seçkilər niyə 6 ay öncəyə çəkilir? - - İxtiyar Hüseynli

Seçkilər niyə 6 ay öncəyə çəkilir? - İxtiyar Hüseynli

Seçkilər niyə 6 ay öncəyə çəkilir? - gündəmin baş mövzusuna yanaşmam...

 

- Seçkilərin növbədənkənar keçirilməsi birmənalı olaraq, ölkədə aparılan genişmiqyaslı islahatların yaratdığı hüquqi, siyasi tələblərlə bağlıdır.
-Seçkilərin 6 ay öncəyə çəkilməsi yeni islahatlar kursunun vacib proqramlarının icrasını tez bir zamanda başlamaq üçün İlham Əliyevin xalqından yeni etimad mandatı almasına hesablanıb.
- İlham Əliyev çevik idarəçilik metodunu mənimsəmiş rəhbərdir. Yeni iqtisadi-siyasi situasiya ondan islahatları daha geniş miyqasda aparmağı və vacib qərarların operativ qəbulunu tələb edir. Nəzərə alaq ki, bu gün üzərində işlənən layihələr, proqramlar böyük strateji dövr üçün nəzərdə tutulur və onların əksəriyyəti 2030-cu ilədək olan mərhələni əhatə edir.
Bu şərait Prezidentdən təxirəsalınmaz vacib qərarların qəbulunu tələb edir.
- İlham Əliyevin yeni islahatlar kursu ölkədə köklü yeniliklərə, müasir inkişaf tendensiyalarına təkan oldu, dövlətin mövcudluq və müstəqilliyin davamlılıq şərtlərini təmin edən amilləri gücləndirdi. Prezidentin təbirincə desək, 2016-cı il dərin islahatlar dövrü, 2017-ci il isə sürətli islahatlar mərhələsi kimi yadda qaldı.
İki il öncə Konstitusiya dəyişiklikləri ilə bağlı keçirilən referendum bu silsilədə xüsusi əhəmiyyət kəsb edir. İlham Əliyevin müəllifi olduğu Konstitusiya islahatları təkmilləşmə, modernləşmə, demokratikləşmə və davamlı inkişaf prosesinin etibarlı təminatı, həmçinin daha geniş miqyasda tətbiqinin zəmininə çevrildi. Ən əsası isə xalq bu referendum vasitəsilə Prezident İlham Əliyevə olan inamını 91 faizlik göstərici ilə növbəti dəfə rəsmiləşdirdi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !