...nə də ki, irəli dən, "mirəli"dən ,"şirəli"dən bircə nəfəri irəli durub cavab vermir... - - Etibar Hüseynov

...nə də ki, “irəli”dən, "mirəli"dən ,"şirəli"dən bircə nəfəri irəli durub cavab vermir... - Etibar Hüseynov

Təxminən 2 aydır ki, bir-sıra yerli, və Azərbaycandan qaçıb xaricdə sığınacaq tapmış bir-çox siyasi ünsür, Prezidenti və ulu öndr Heydər Əliyevi ən ağır şəkildə təhqir və şantaj edir. Nə sıralarında 100 minlərlə üzvü olduğu deyilən YAP gənclər təşkilatı, nə də ki, “İRƏLİ”dən, "mirəli"dən ,"şirəli"dən bircə nəfəri irəli durub cavab vermir. Özlərinin cavab vermələri cəhənnəm, heç qabağa düşüb yazanların da statusuna "layk" qoyub, hansısa "komment" yazmağa cesarətləri çatmır. Əvəzindəsə ayrı- ayrı məmurların müdafiəsində yaltaqlanıb gözə girmək üçün növbəyə düzülüblər. İndi erkən seçki gündəmə gələn kimi hərəsi FB- də bir dəstək qrupu yaradıb "layk" yığmaq yarışına start veriblər. Göstərəcəkləri fəaliyyət də Prezidentin fotolarını paylaşıb "mənim liderim", " mənim prezidentim İlhamdır" yazmaqdan o tərəfə keçməyəcək. Bayaqdan bir çoxu qruplarına üzv olmam üçün mənə də müraciət edib; hamısına da rədd cavabı vermişəm. Mən yaltaq, qorxaq və iki üzlü riyakarlarla heç zaman bir sırada olmamışam; indən sonra da olası deyiləm. Bu mübarizədə mənim öz yolum, öz dəst- xəttim var. O da ki, sizlik deyil.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !