Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə - - M Ü R A C İ Ə T

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə - M Ü R A C İ Ə T

Hörmətli cənab Prezident!


Biz Azərbaycan gəncləri Ümumilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı kimi Sizə minnətdarlıq və qürur hissi ilə müraciət edərək Azərbaycanın inkişafı və əhalimizin xoşbəxt gələcəyi naminə həyata keçirdiyiniz taleyüklü işlərə, qarşıya qoyduğunuz genişmiqyaslı vəzifələrə görə Kəlbəcərli gəncləri adından dərin təşəkkürümüzü, yüksək ehtiramımızı bildiririk.


Hörmətli cənab Prezident!


Hamımızın doğma vətəni olan Azərbaycan Sizin rəhbərliyiniz sayəsində sürətlə inkişaf edir. İqtisadiyyatımızın dinamik inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması naminə gördüyünüz əməli fəaliyyətiniz hər bir gənc üçün qürur mənbəyidir. Ümumilli Liderimiz Heydər Əliyevin gərgin əməyi sayəsində qurulmuş müstəqil Azərbaycan Respublikası bu gün Sizin sayənizdə daha da inkişaf edir, insan hüquq və azadlıqlarının təmin olunduğu demokratik yolla irəliləyir.
Xalqımızın Ümumilli lideri Heydər Əliyev gənclərin fəallaşmasında çox mühüm və böyük rol oynamışdır. Məhz onun təşəbbüsü ilə Azərbaycanda Gənclər və İdman nazirliyi yaranmışdır. 1996-cı il fevralın 2-də respublika gənclərinin ilk forumu keçirilmişdir. 1997-ci ildə gənclər gününün təsis edilməsi, 1999-cu ildə gənclərin II forumunun keçirilməsi “Dövlət Gənclər Siyasəti” haqqında fərmanın imzalanması,“Gənclər Siyasəti” haqqında Qanunun qəbul edilməsi və s.göstərir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda müasir gənclər siyasətinin əsasını qoymuşdur.
Əsasını Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu Gənclər siyasəti bu gün Sizin tərəfinizdən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2007-ci ilin “Gənclər ili” elan olunması “2007–2015–ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığınız fərman və sərancamlarınız Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğının bariz nümunəsi hesab edirik.
Biz gənclər Sizin ölkə Prezidenti kimi fəaliyyətinizi gördüyünüz işləri yüksək qiymətləndirirərək nailiyyətlər əldə edilmişdir.Azərbaycanda sonunçu çadır düşərgəsi ləğv edilərək ağır şəraitdə yaşayan soydaşlarımız müasir infrastruktura malik olan qəsəbələrə köçürülüblər.Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Qars dəmir yolunun və bu kimi digər transmilli layihələrin reallaşması nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir.
Müstəqil Azərbaycanın Sizin rəhbərliyiniz altında hazıkı yüksəişində Azərbaycanın I Vitse Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də əvəzolunmazdır.
Biz gənclər Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Sizin qətiyyətiniz və zəkanızın gücü ilə həll ediləcəyinə, dövlətimizin ərazi bütövlüyünün bərpa olunacağına, qaçqın və köçkünlərin öz doğma yurdlarına qayıdacağına inanırıq.


Möhtərəm Prezident!


Sizin parlaq zəkanız, siyasi istedadınız, strateji təfəkkürünüz, gənclərə qayğınız, ənənələrin qorunub saxlanılmasına, elm, mədəniyyət və incəsənətin inkişafına diqqətli və həssas münasibətiniz suveren Azərbaycanı yeni tarixi səviyyəyə yüksəldib.
Siz öz çıxışlarınızda bildirirsiniz ki, müstəqilliyimizin möhkəmlənməsi və inkişafı naminə gərək hərə öz payını versin, səy göstərsin, nəyə qadirdisə, onu etsin.Biz gənclər də bundan nəticə çıxararaq daxili və ictimai sabitliyin qorunmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində, torpaqlarımızın azad olunmasında hər an gənclərin himayəçisi olan möhtərəm Prezidentimizlə həmrəy olmağı özümüzün başlıca məqsədi elan edərək Sizin daxili və xarici siyasətinizi fəal dəstəkləyir, bu siyasətə qarşı çıxanlara öz sağlam mövqeyimizi bildirməkdən çəkinmirik.


Hörmətli cənab Prezident!


Gənclər adından bildiririk ki, 2018-ci il prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcək, Sizi yenidən özümüzə Prezident seçəcəyik. Çünki Sizin siyasətiniz Azərbaycanın, onun gələcəyi olan gəncliyin tərəqqisinə xidmət edir.

 

Müraciət Kəlbəcər rayon gənclərinin 2 Fevral Gənclər günü ilə əlaqədar toplantısında qəbul edilibdir.

 

 

                                                                                  ***

 

 

Möhtərəm cənab Prezident!



Biz - kəlbəcərli gənclər Ümumilli liderimiz Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, Azərbaycanın bugünkü inkişafının memarı, ölkəmizin bütün sahələrdə əldə etdiyi və qələbələrinin səbəbkarı kimi Sizə müraciət edərək Azərbaycanın inkişafı və xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyiniz taleyüklü işlərdə, qarşıya qoyduğunuz böyük hədəflərə nail olmaq yolunda göstərdiyinizi əzmkar fəaliyyətdə Sizi dəstəkləyir və daima yanınızda olduğumuzu bildiririk.


Zati-Aliləri!



Hamımızın doğma vətəni olan Azərbaycan Sizin rəhbərliyiniz sayəsində sürətlə inkişaf edir. İqtisadiyyatımızın dinamik inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması naminə gördüyünüz əməli fəaliyyətiniz hər bir gənc üçün qürur mənbəyidir. Ümumilli Liderimiz Heydər Əliyevin gərgin əməyi sayəsində qurulmuş müstəqil Azərbaycan Respublikası bu gün Sizin sayənizdə daha da inkişaf edir, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin olunduğu hüquqi və demokratik dövlət nümunəsinə çevrilir.



Xalqımızın Ümumilli lideri Heydər Əliyev gənclərin ölkəmizin ictimai, siyasi və mədəni həyatında mövqe tutmasına əvəzsiz işlər görmüşdür. Məhz Ulu öndərin qərarı ilə ölkəmizdə gənclər siyasəti formalaşmışdır. Bu istiqamətdə verilən mühüm qərarlar nəticəsində Gənclər və İdman Nazirliyi yaradılmış, müxtəlif gənclər təşkilatları formalaşmış, gənclərlə bağlı müxtəlif proqramlar qəbul edilmişdir.

 

Əsasını Ümummilli liderimiz qoyan gənclər siyasəti bu gün Sizin tərəfinizdən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2007-ci ilin “Gənclər ili” elan olunması “2007–2015–ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, gənclərlə bağlı dövlət strategiyasnın qəbul olunması Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir.

 

Biz məcburi köçkün gənclər də sizin daima diqqət və qayğınızı hiss edir, bununla üzərimizə düşən məsuliyyətin böyüklüyünü daha dərindən dərk edirik. Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi transmilli layihələrin reallaşması, gənclərimizin xaricdə təhsil almaq üçün göndərilməsi, qeyri-neft sektorunun inkişafına verdiyiniz diqqət Azərbaycanın gələcəyi olan biz gənclər üçün indidən qoyduğunuz dəyərli sərmayədir.

 

Ali Baş Komandan!

 

Biz gənclər Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Sizin qətiyyətiniz və zəkanızın gücü ilə həll ediləcəyinə, dövlətimizin ərazi bütövlüyünün bərpa olunacağına, qaçqın və köçkünlərin öz doğma yurdlarına qayıdacağına inanırıq. Bu yolda daima Sizin əsgəriniz olan biz gənclər əminik ki, Aprel döyüşlərində Ali Baş Komandan kimi qazandığınız qələbəni ən yaxın zamanda bütün Qarabağda, doğma yurdumuz olan Kəlbəcərdə də qazanacaqsınız.

 

Möhtərəm cənab Prezident!



Siz öz çıxışlarınızda bildirirsiniz ki, müstəqilliyimizin möhkəmlənməsi və inkişafı naminə gərək hərə öz payını versin, səy göstərsin, nəyə qadirdisə, onu etsin. Biz gənclər də bundan nəticə çıxararaq ölkəmizdə sabitliyin qorunmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində, torpaqlarımızın azad olunmasında Sizinlə həmrəy olmağı özümüzün müqəddəs vəzifəsi elan edərək Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, bu siyasətə qarşı çıxanlara öz sərt mövqeyimizi bildiririrk..

 

Hörmətli cənab Prezident!

 

Gənclər adından bildiririk ki, bu il ölkəmizdə keçiriləcək prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcək, Sizi yenidən özümüzə Prezident seçəcəyik. Çünki Sizin siyasətiniz Azərbaycanın, onun gələcəyi olan biz gəncliyin tərəqqisinə xidmət edir.

 

Müraciət Kəlbəcər rayon gənclərinin
2 Fevral Gənclər günü ilə bağlı toplantısında qəbul edilmişdir.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !