Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın Strasburqda keçirilən forumun iştitirakçılarına təbriki -

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın Strasburqda keçirilən forumun iştitirakçılarına təbriki

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva martın 11-də Strasburqda keçirilən Xarici Ölkələrdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun iştirakçılarına təbrik məktubu göndərmişdir. Təbrikdə deyilir:
Fransanın Strasburq şəhərində keçirilən Xarici Ölkələrdə Təhisl Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun iştirakçılarına
Hörmətli qonaqlar!
Hörmətli forum iştirakçıları!
Sizi-Fransanın Strasburq şəhərində təşkil edilən Xarici Ölkələrdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun iştirakçılarını ürəkdən salamlayır, forumun keçirilməsi və dövlət müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, təhsilinizdə və Azərbaycan naminə gördüyünüz işlərdə hər birinizə uğurlar arzulayıram.
Avropanın siyasi mərkəzində-Avropa Şurasının binasında keçirilən ilk forum mühüm icitimai-siyasi hadisədir. Azərbaycan maraqlarının Avropa strukturlarında lobbiçilik edilməsi, müxtəlif ölkələrdə təhsil alan gənclərimizin vahid bir platforma vasitəsilə ünsiyyətdə olması, Azərbaycanın gələcəyi ilə bağlı fikir mübadiləsinin aparılması olduqca əhəmiyyətlidir. Sevindirici haldır ki, gənclərimiz, ölkə daxilində olduğu kimi, təhsil aldıqları ölkələrdə də təşkilatlanır və bu ənənə getdikcə daha peşəkar səviyyəyə keçməklə, vətəndaş cəmiyyətinin inkişafına münbit şərait yaradır.
XX əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə SSRİ-nin digər respublikalarında və keçmiş sosialist düşərgəsinə aid olan xarici dövlətlərdə azərbaycanlı tələbələrin təhsil almağa göndətilməsi geniş vüsət almışdır.
Qeyd etmək lazımdır ki, bu gün də gənclərin xarici ölkələrdə təhsil almağa göndərilməsi dövlətin diqqət mərkəzindədir. Son illər gənclər beynəlxlaq proqramlar vasitəsilə xarici ölkələrdə oxumağa gedirdilərsə, artıq bu iş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinin Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" vasitəsilə tənzimlənir. Bir sözlə, Azərbaycan dövləti öz gənclərinin dünyanın aparıcı elm ocaqlarında təhsil almasını stimullaşdırır.
Hazırda doğma Vətənimiz Azərbaycan öz tarixinin şanlı səhifələrindən birini yaşayır. Bu gün həyata keçirilən siyasət dövlətimizin güclənməsinə, dünyada rəqabətədavamlı iqtisadiyyatın formalaşmasına, geosiyasi münasibətlərdə Azərbaycanın müstəqil subyekt kimi tanınmasına, vətənpərvər və güclü vətəndaşların olmasına hesablanmışdır.
Əziz gənclər!
Müxtəlif ölkələrdə təhsil alıb Vətənə dönmək, onun daha da inkişaf etməsi, dünyanın qabaqcıl texnologiyasının həyatın bütün sahələrinə tətbiq edilməsi, müstəqil dövlətimizin daimi olmasının gələcəkdə təmin edilməsi biz gənclərin üzərinə böyük vəzifələr qoyur. Beynəlxlaq siyasi təşkilatlar, eyni zamanda tələbə və gənclər təşkilatları ilə əməkdaşlıq əlaqələrini genişləndirmək, həmin təşkilatlarda təmsil olunmaq, gənclərin təcrübə keçməsini təmin etmək, Avropada baş verən hadisələri yaxından izləyib Azərbaycanın maraqları çərçivəsində birgə və çevik hərəkət etmək əsas hədəfimiz olmalıdır.
Səmimiyyətlə,
Leyla Əliyeva, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri.
11 mart 2011-ci il.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Strasburq

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !