Gənclər və milli-mənəvi dəyərlərimiz mövzusunda tədbir keçirilib - +FOTO (AZpress.AZ, Ağaddin Babayev, Astara)

“Gənclər və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib +FOTO (AZpress.AZ, Ağaddin Babayev, Astara)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Astara şəhərindəki F.Əliyarov adına 6 saylı tam orta məktəbdə “Gənclər və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib. Tədbirdən öncə SQİDK-nin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Astara şəhər 6 saylı tam orta məktəbin direktoru Elçin Mirzəzadə çıxışında məktəbdə keçirilən maarifləndirmə tədbirlərinin şagirdlərin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda böyüməsində mühüm rol oynadığını vurğulayıb.
Daha sonra DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxış edərək dini radikalizm, ekstremizm və onların fəsadları haqqında məlumat verməklə, milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan əhəmiyyətini qeyd edib. T.Həsənzadə eyni zamanda DQİDK-nin sifarişi əsasında çəkilmiş, gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hisslərinin təbliğ olunması məqsədi daşıyan “Şəhadət” filmi haqqında danışıb.
2 fevral- Gənclər günü haqqında məlumat verən T.Həsənzadə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Ağaddin BABAYEV, Lənkəran

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !