Gəncliyin səsi adlı konsert keçiriləcək. - VIDEO

“Gəncliyin səsi” adlı konsert keçiriləcək. VIDEO

14 fevral 2018-ci il tarixində Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının təşkilatçılığı , Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan “Gəncliyin səsi” adlı müasir gənc bəstəkarların əsərlərindən ibarət konsert keçiriləcək. Konsertdə ilk dəfə olaraq gənc bəstəkarlar Elvin Quliyev, Tamilla Əhədova,Nigar Əliyeva,Toğrul Salmanov və Səid Qəninin əsərləri təqdim olunacaq. Gənclərin simfonik orkestr üçün yazdığı əsərləri xalq artisti Fəxrəddin Kərimovun təfsirində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edəcək.
Təsadüfi deyil ki, bu konsert məhz Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının yaranma gününə təsadüf edəcək. Belə ki, fəaliyyət göstərdiyi 6-cı ilində bu kanalın gənclərə olan dəstəyi danılmaz və təqdirəlayiq haldır. Ölkə rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğı hər bir sahədə davam etdirildiyi kimi “Mədəniyyət” kanalı da kütləvi təbliğat vasitəsi kimi bu istiqamətdə öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirir.
Belə layihələrin gələcəkdə də keçiriləcəyi nəzərdə tutulur.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !