2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. - (+FOTO)

2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. (+FOTO)

Yanvar ayının 31-də Azərbaycan Televiziyasının Mədəniyyət Kanalı, Azərbaycan Milli Konservatoriyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.Azərbaycan Milli Konservatoriyasının tələbələrinin iştirakı ilə keçirilən tədbirin əvvəlində Mədəniyyət Kanalının direktoru Ramil Qasımov və Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi gəncləri təbrik edərək bu günün mahiyyəti barədə məlumat verdilər. Qeyd edildi ki, bütün sahələrdə olduğu kimi, incəsənət sahəsində də isdedadlı gənclər yetişir. Bu konsert də belə gənclərin ictimaiyyətə təqdimatı baxımından xüsusi önəm kəsb edir. Konsertdə vokal ifaçıları, eləcə də instrumental ifaçılar Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini ifa ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !