2 Fevral- Gənclər Günü münasibətilə tədbir keçiriləcək. -

2 Fevral- Gənclər Günü münasibətilə tədbir keçiriləcək.

Yanvar ayının 31-də Azərbaycan Televiziyasının “Mədəniyyət” Kanalı, Azərbaycan Milli Konservatoriyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində 2 Fevral- Gənclər Günü münasibətilə tədbir keçiriləcək. Azərbaycan Milli Konservatoriyasının tələbələrinin iştirakı ilə keçiriləcək konsert istedadlı gənclərin ictimaiyyətə təqdimatı baxımından xüsusi önəm kəsb edir. Konsertdə vokal ifaçıları, eləcə də instrumental ifaçılar Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini ifa edəcəklər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !